24.11.2011
  
Qoç - Maliyyə sahəsində yaxşılığa doğru daha çox dəyişiklik gözlənilir. Gəlir əldə etməyə, faydalı sövdələşmələrə ümid edə bilərsiniz. Gəlirlərinizi əhəmiyyətli dərəcədə artırmağa yardım edəcək təkliflər alacansınız. İşdəki əlverişsiz atmosfer məhsuldar fəaliyyətə mane olur. Siz diqqətinizi işə yönəltmək əvəzinə münaqişələri yoluna qoymalı və küsülüləri barışdırmalı olursunuz. Şəxsi həyatınızda da narahatlıq üçün əsaslar olacaq. Hisslərinizdən baş çıxara bilmirsiniz. Bu gün qəbul etdiyiniz bir çox qərarlar yanlış olacaq.
24.11.2011
  
"Azerbaijan Fairy Tales" kitabının audioversiyalarla təqdimatı 25 noyabr 19:00-da Art Garden-da olacaq.
24.11.2011
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
24.11.2011
  
Bakının Nərimanov rayonu ərazisində inşası davam etdirilən Heydər Əliyev Mərkəzi yaxın iki il müddətində istifadəyə veriləcək.
24.11.2011
  
Dünyanın ən böyük heyvanlarının şəkillərini sizə təqdim edirik.
24.11.2011
  
Rus Dram Teatrının səhnəsində Azərbaycanın xalq artisti, teatrın baş rejissoru - Aleksandr Şarovskinin təqdimatında Jan Rasinin pyesi əsasında qurulan "Fedra" tamaşasının premyerası olacaq.
23.11.2011
  
Qoç - Bu gün sizə xüsusi heç nə vəd etmir. Böyük qələbələr və ciddi nailiyyətlər haradasa uzaq gələcəkdən görünür. Hələlik isə kiçik nailiyyətlərlə kifayətlənməli və başqalarının tapşırılqlarını yerinə yetirməli olursunuz. Rəhbərlikdə ciddi fikir ayrılıqları mümkündür. Heç də bütün təkliflərinizin düzgün başa düşüləcəyini və lazımi qaydada dəyərləndiriləcəyini gözləməyin.
Evdəkilərlə pis yola getmirsiniz, münaqişələrdən qaçmağa çalışırsınız. Lakin daim ayıq-sayıq olmalısınız. Yalnız axşam saatlarında müsbət tendensiyaların təsiri gücləndikdə rahatlanmaq olar.
23.11.2011
  
Hər kəsi "Kapellhaus" Almaniya -Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkil etdiyi Alman Milad Bazarına dəvət edirik. Burada bayram atmosferində və əla dekorasiyalarla siz əsl qızardılmış alman sosisləri, kartof salatı, tünd şərab, cürbəcür alman şirniyyatları, peçenye, vafli və şokalad dada bilər, lotereyada iştirak edib maraqlı priz qazana bilərsiniz.
23.11.2011
  
Dünən Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “İncəsənət tariximizin pillələri” adlı sərginin açılışı olub. Sərginin təşkilində məqsəd Azərbaycan xalqının 1940-1980-ci illərdə yaşadığı tarixi dövrün xüsusiyyətlərini nümayiş etdirən, sənət tarixində özünəməxsus yer tutan nadir sənət incilərinin mərhələli surətdə nümayişi və gənc nəslə çatdırılmasıdır.
23.11.2011
  
Azərbaycan prezidenti İlham Əliyev “BakuTel–2011” telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarını təbrik edib.
23.11.2011
  
Heydər Əliyev Fondunun, Mstislav Rostropoviç Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda 4-10 dekabr tarixlərində V Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək.
23.11.2011
  
Klinik Tibbi Mərkəzdə müalicə olunan yazıçı Rafiq Tağı bu gün dünyasını dəyişib. Bu barədə açıqlamasında xəstəxananın baş həkimi Tərlan Bəbirov bildirib.
23.11.2011
  
Uşaqların ifasında cəlbedici bal rəqsı.
23.11.2011
  
Noyabrın 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda səfərdə olan beynəlxalq polis təşkilatı – İNTERPOL-un baş katibi Ronald Noblun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
23.11.2011
  
Çox vaxt insanlar bir-biriləri ilə dil tapmağı bacarmırlar. Lakin heyvanların dostluğu bir başqa olur. Bunun sübutunu sizə təqdim etdiyimiz şəkillərdə də görə biləcəksiniz.
22.11.2011
  
Yeməklərin zövqlə bəzədilib süfrəyə verilməsi onlara əlavə gözəllik verir və bütün axşam yeməklərini dəbdəbəli edir.
22.11.2011
  
Şəkillərə baxdıqda uldazların əsl üzlərini görəcəksiz. Makiyajsız şəkillərin yanında əsl adət etdiyimiz şəkillər də var ki, tanıya biləsiniz.
22.11.2011
  
İstanbul Memorial Xəstəxanasının həkimi ağır vəziyyətdə olan Azərbaycanın xalq artisti, görkəmli aktyor Yaşar Nurinin səhhəti ilə əlaqədar Bakıya gəlib.
22.11.2011
  
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış “AMOR Liqası” çərçivəsində Moskvada təhsil alan azərbaycanlı tələbələr arasında “Nə? Harada? Nə vaxt?” yarışmasının seçmə oyunu keçirilmişdir.
22.11.2011
  
Noyabrın 23-26-da Britaniyanın «ITE Group» şirkətinin Qafqazdakı eksklyuziv tərəfdaşı olan «Iteca Caspian» şirkətinin təşkilatçılığı ilə Bakıda XVII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı («BakuTel-2011») keçiriləcək.