28.11.2011
  
Noyabrın 30-da axşam şimal rayonlarından başlayaraq hava şəraiti kəskin dəyişəcək, bəzi yerlərdə sulu qar, qar yağacaq. Bakı və Abşeron yarımadasında noyabrın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Axşamüstü havanın tədricən tutulacağı, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, arabir güclənən cənub-qərb küləyi günün ikinci yarısında güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
28.11.2011
  
3 dekabr Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində klassik musiqi dünyasının məşhur üç tenoru çıxış edəcək: Alexandro Olmedo (ABŞ) və rus əsilli David Qvinianidze və Anton İvanov.
28.11.2011
  
"Yazdani Studio of Cannon Design" və "Cannon Design International" dizayn studiyaları Bollivud muzeyinin layihəsini hazırlayıblar. Muzey Hindistanın Mumbay şəhərində tikiləcək.
28.11.2011
  
Qoç - Həftənin ən əsas hadisələri hələ qabaqdadır. Ona görə də sizin bu hadisələrə həm mənəvi, həm də fiziki baxımdan hazırlaşmaq üçün vaxtınız var. Əsas məsələ özünüzü çox yormamağınızdır. İşdə və ya evdə həddindən artıq yüklənməyə dəyməz. Yadda saxlayın, sizə müsbət emosiyalar lazımdır. Bunun üçün xərc lazımdırsa, xəsislik etməyin. Bu gün özünüzə spontan alış-verişi rəva görə bilərsiniz. Kişi Qoçlar bəyəndikləri xanımı görüşə dəvət etsələr, peşman olmazlar. Amma bu bürc altında doğulan xanımlar başlarını olduqca tez itirə bilərlər.
28.11.2011
  
Dekabrın 1-i Nigar Camalın "Crush on you" klipinin təqdimatı keçiriləcək. Xatırladaq ki, "Eruovision -2011" mahnı müsabiqəsinin qalibi olmuş Nigar Camalın klipinin çəkilişləri Ukraynada baş tutub.
28.11.2011
  
Dünyanın ən maraqlı və qeyri adi körpülərini sizə təqdim edirik.
28.11.2011
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
25.11.2011
  
2 dekabr 16:00-da "Bakı" qalereyasında 5 əlil uşağın sərgisinin açılışı olacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqı ilə birgə "Bakı" qalereyası tərəfindən təşkil edilib.
25.11.2011
  
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi ölkədə sertifikat almadan işləyən turist bələdçilərinin fəaliyyətini qanunsuz sayacaq. Bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
25.11.2011
  
Qoç - Elə görünə bilər ki, gün yaxşı perspektivlərə malikdir. Düzdür, cəlbedici təkliflər də daxil olacaq, yeni müttəfiqlər də əmələ gələcək, öz planlarınızı da az və ya çox müəyyənləşdirəcəksiniz. Lakin baş verənlərə daha diqqətli baxılsa, tamam başqa mənzərə görmək olar.
25.11.2011
  
Populyar və hər kəsin sevimlisi EMİNin növbəti konserti Bakıda 22 dekabr tarixində baş tutacaq. EMİN -bu özünəməxsus üslublu romantik musiqidir.
25.11.2011
  
İnanılmaz! Rəssam bu rəsmi cəmi 30 saniyəyə çəkir.
25.11.2011
  
Kalininqraddakı "Kalininqrad plaza" ticarət-əyləncə mərkəzində qeyri-adi otaq yaradılıb. GoMap-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, otaqda hər şey şokoladdan hazırlanıb.
25.11.2011
  
Pop-kralı Maykl Ceksonun 2009-cu ilin iyununda dünyasını dəyişdiyi malikanə satışa çıxarılıb. ABŞ-ın Los-Anceles şəhərinin Holmbi Hilss səmtində yerləşən malikanə ilə yanaşı, oradakı əşyalar da dekabr ayının 17-i hərracda olacaq.
24.11.2011
  
Bakının “Nizami” kinoteatrının binasının əsaslı təmir və yenidənqurmadan sonra noyabrın 24-də açılışı olub.
24.11.2011
  
Qoç - Maliyyə sahəsində yaxşılığa doğru daha çox dəyişiklik gözlənilir. Gəlir əldə etməyə, faydalı sövdələşmələrə ümid edə bilərsiniz. Gəlirlərinizi əhəmiyyətli dərəcədə artırmağa yardım edəcək təkliflər alacansınız. İşdəki əlverişsiz atmosfer məhsuldar fəaliyyətə mane olur. Siz diqqətinizi işə yönəltmək əvəzinə münaqişələri yoluna qoymalı və küsülüləri barışdırmalı olursunuz. Şəxsi həyatınızda da narahatlıq üçün əsaslar olacaq. Hisslərinizdən baş çıxara bilmirsiniz. Bu gün qəbul etdiyiniz bir çox qərarlar yanlış olacaq.
24.11.2011
  
"Azerbaijan Fairy Tales" kitabının audioversiyalarla təqdimatı 25 noyabr 19:00-da Art Garden-da olacaq.
24.11.2011
  
Bakının Nərimanov rayonu ərazisində inşası davam etdirilən Heydər Əliyev Mərkəzi yaxın iki il müddətində istifadəyə veriləcək.
24.11.2011
  
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib. QMİ-nin mətbuat xidmətindən daxil olan məlumata görə, fətvada 1432-ci Hicri-qəməri ilinin artıq başa çatmaq üzrə olduğu, yeni 1433-cü ilin başlanğıcı-Məhərrəm ayının birinci gününün Miladi təqvimi ilə 2011-ci il noyabr ayının 27-nə təsadüf etdiyi bildirilir.
24.11.2011
  
Dünyanın ən böyük heyvanlarının şəkillərini sizə təqdim edirik.