7.2.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
7.2.2012
  
Amerikalı fotoqraf Ira Foks (Ira Fox) "Reflections" (“Əks olunma”) adlı qeyri-adi fotosesiya keçirmişdir. Fotoların qeyri-adiliyi ondadır ki, onlar yerdəki gölməçələrin əksindən çəkilmişdir.
6.2.2012
  
Liviyanın qətlə yetirilən lideri Müəmmər Qəddafinin öldürülən zaman üzərində olan, qanına bulaşmış köynək və nişan üzüyü satışa çıxarılmışdır. Müəmmər Qəddafinin köynəyi və nişan üzüyü “ArabsToday.net” ərəb saytında satışa çıxarılmışdır.
6.2.2012
  
Çinli oliqarx, milyarder iş adamı Hu Çjen Yu 329 000 dollara göyərçin almışdır. Nadir göyərçin hərraca Hollandiyanın Drahtsterkompen kəndinin sakini Piter Veenstra tərəfindən çıxarılmışdır. Hu Çjen Yu bildirib ki, quşu nəsil artırmaq üçün almışdır.
6.2.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
6.2.2012
  
Qoç - Günün əvvəlində pis xəbər ala bilərsiniz, şərait çox gərgin olacaq. Özünüz də istəmədən və yersiz olaraq hamının diqqət mərkəzinə düşəcəksiniz. Ətrafınızdakılar istəmədiyiniz halda məsləhətlər verir, eşitmək istəmədiyiniz mülahizələr söyləyirlər. Baş verənlərdən narazılığınızı gizlətmək çətindir, amma məcbursunuz.
6.2.2012
  
8 fevral 18:00-da Bakı Xətai Sənət Mərkəzi Azərbaycan təsviri sənətinin görkəmli nümayəndələrinin əsərlərindəndən ibarət zəngin kolleksiyasını növbəti dəfə sənətsevərlərə təqdim edəcək. Bu, kolleksiyaya daxil olan əsərlərin nümayiş olunduğu sayca ikinci sərgidir. Müxtəlif yaradıcı ideyaların və fərqli bədii ifadə tərzlərinin bir məkanda təqdim olunduğu “Yeni kolleksiya-2012” satış-sərginin ekspozisiyasına 40 rəssamın 80-dən artıq rəngkarlıq və qrafik əsərləri daxildir.
6.2.2012
  
Azərbaycanın keçmiş təhsil naziri vəfat edib. Lidiya Rəsulova 71 yaşında xəstəlikdən dünyasını dəyişib. GoMap.az portalının APA-ya istinadən verdiyi məlumata görə, bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında mərhumla vida mərasimi keçiriləcək.
6.2.2012
  
GoMap.Az Day.Az saytına istinadən Bakının Badamdar qəsəbəsində yerləşən avtomobil bazarındakı son qiymətləri təqdim edir.
3.2.2012
  
Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq, mülayim şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, bu gün gündüz saatlarında 0-2 dərəcə şaxta qeydə alınacaq. Axşama doğru şaxtalı hava şəraiti davam edəcək, havanın temperaturu 5 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.
3.2.2012
  
Dünən Bakıda son 110 ildə ən aşağı temperatur qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, fevralın 1-i axşamdan başlayan şimal-qərb küləyi fevralın 2-də gün ərzində davam edib, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə arabir 28-33 metrədək güclənib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında - 5,5 dərəcə şaxta təşkil edib. Bu rəqəm son 110 ildə ən rekord göstəricidir. Sonuncu dəfə 1937-ci ildə Bakıda və Abşeron yarımadasında 5,2 dərəcə şaxta qeydə alınıb.
3.2.2012
  
Martın 10-da Türkiyənin məşhur “Akare International Education Fairs” şirkətinin təşkilatçılığı ilə Bakıda növbəti təhsil sərgisi açılacaqdır. Sərgidə dünyanın bir çox ölkələrinin nüfuzlu universitetləri iştirak edəcəklər.
3.2.2012
  
Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir neçə aviareysi qəbul edib. Həmçinin, hazırda aeroportda bir neçə aviareys üzrə təyyarələr havaya qalxmağa hazırlaşır.
3.2.2012
  
16, 17, 18 mart tarixində Heydər Əliyev adına Sarayın səhnəsində "Anadolu Atəşi" rəqs ansamblının konserti keçiriləcək. Ansamblın konsertində şəhər, onillik Troya müharibəsi ilə əlaqəli Yunan mifologiyasının personajları -tanrılar -Afina, Afroditadan (gözəl Yelena da daxil olmaqla) Axilles, Paris və Odisseyaya qədər hamısı daxil edilmiş Troya haqqında əfsanə təqdim ediləcək.
3.2.2012
  
Azərbaycan paytaxtında səfərdə olmuş “Moldova-1” televiziyasının çəkiliş heyəti yanvarın 25-də Bakıdakı “Buta Palace”da keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsinin rəmzi açarının təqdim edilməsi mərasimindən, eləcə də may ayında reallaşacaq şouya hazırlıqlardan bəhs edən reportajını ölkə tamaşaçılarına təqdim etmişdir.
3.2.2012
  
Qoç – Pis gün deyil, amma narahatlıq keçirəcəksiniz. Demək olmaz ki, uğur birbaşa üzərinizə gəlir, amma onu əldə etmək sizə nəsib olacaq. İş ortaqları və ya rəhbərləri qarşı cinsdən olan Qoçlar işlərində müvəffəqiyyət qazanacaqlar. Daşınmaz əmlak, tikinti materialları və ərzaq məhsulları ilə bağlı uğurlu sövdələşmələr mümkündür.
3.2.2012
  
Sizə AMB-nin rəsmi valyuta məzənnələrini təqdim edirik.
2.2.2012
  
Qoç – Günün emosional fonu xoşdur. Nə olursa-olsun, əhvalınız yaxşı olacaq. Ətrafınıza xoş niyyətli insanları toplayırsınız, onlar çətin anlarınızda köməyinizə gəlir, hətta işlərinizi də sizin əvəzinizə görürlər. Məlahətinizdən məharətlə istifadə edərək düşmənlərinizi dosta çevirməyə çalışırsınız.
2.2.2012
  
Azərbaycan ərazisində güclü qar yağması və çovğunla əlaqədar Bakıda şəhərdaxili marşrutlarda işləyən avtobusların sayı üç dəfə azaldılıb. Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov açıqlamasında bildirib ki, bu gün şəhər daxilində 720-yə yaxın avtobus marşrutlara buraxılıb. Müqayisə üçün bildirək ki, adi günlərdə paytaxtdaxili marşrutlarda 2300-2400 avtobus işləyir. İşləyən avtobuslar əsasən şəhərin mərkəzi və aşağı (dağlıq olmayan) hissələrini əhatə edir.
2.2.2012
  
Bu gün 1997-cı ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub.