5.4.2012
  
ABŞ-ın Massaçuset Universitetinin mühəndisləri formaları reproduksiya etmək üçün robotlaşdırılmış sistemin yaradılması haqqında məlumat vermişlər. Yeni sistem özündə üçölçülü çapın ekzotik formasını əks etdirir.
5.4.2012
  
Qoç - Daha az risk, daha az tələskənlik – bu gün yalnız məqsədə doğlu yavaş-yavaş irəliləyən Qoçlar uğur qazana və səhvlərdən yayına bilərlər. Gecikməkdən, vaxt itirməkdən qorxmayın: nəyə can atırsınızsa, sizdən qaça birməyəcək. Dəqiq elmlərin öyrənilməsi üçün münasib gündür.
5.4.2012
  
“LG” şirkəti kitab oxucuları üçün elastik ekranların kütləvi istehsalına başlamışdır.
5.4.2012
  
Maraqlı və rəngarəng video dərslər vasitəsi ilə körpələrinizə həm ingilis dilini öyrənməyə həm də, müəyyən biliklərə yiyələnməyə kömək edəcəksizniz.
5.4.2012
  
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtı Parisdə “Bakıya uçuş” adlı sərginin açılışı nəzərdə tutulur. Heydər Əliyev Fondundan verilən məlumatda bildirilir ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə gerçəkləşən səyyar sərgini Şərqlə Qərb mədəniyyətinin qovşağından ilhamlanan müasir Azərbaycan incəsənətinin uğurlu təqdimatı kimi qiymətləndirmək olar.
5.4.2012
  
Azərbaycan prezidenti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
5.4.2012
  
İnsanın doğum tarixi onun xarakterinə təsir etdiyi kimi, xarakter rənginə də təsir edir. “Psychology” xəbər verir ki, doğum gününüzə uyğun rəngi tapmaqla həmin rəngin xarakterinizə nə kimi töhfələr verdiyini müəyyənləşdirə bilərsiniz. Məsələn, əgər sizin doğum tarixiniz 25 iyun – 4 yanvar tarixləri aralığına düşürsə, xarakter rənginiz qırmızıdır.
4.4.2012
  
Qoç - Siz gümrah, şən və çalışqansınız. Bunu ətrafdakılar da hiss edir və israrla sizə doğru meyllənirlər. Buna bəzi hallarda özünü büruzə verən bədxahlıqlar da mane olmayacaq.
Romana başlamaq üçün əla gündür. Əgər maraqlı tanışlıq arzusundasınızsa, evdə oturmayın: ulduzlar sizə çoxsaylı xoş görüşlər vəd edirlər. Əgər öz “yarı”nızı tapmısınızsa, onunla birlikdə olun. Bu, ikinizin də xoşunuza gələcək.
4.4.2012
  
Bu gün APA Media Qrupun nəzdindəki kulis.az ədəbiyyat dərgisinin 1 yaşı tamam olur. Ötən il aprelin 4-də fəaliyyətə başlayan Kulis.az artıq Azərbaycanda ədəbiyyat və mədəniyyət sahəsində fəaliyyət göstərən ən böyük internet dərgilərdən birinə çevrilib.
4.4.2012
  
Maraqlı və rəngarəng video dərslər vasitəsi ilə körpələrinizə həm ingilis dilini öyrənməyə həm də, müəyyən biliklərə yiyələnməyə kömək edəcəksizniz.
4.4.2012
  
Azərbaycan Kazakları Həmyerlilər Birliyinin Qoşun Kazak cəmiyyətinin Ataman İdarəsinin qərarı ilə kazakların tarixi, mədəni və vətənpərvərlik ənənələrinin dirçəlişinə göstərdiyi köməyə, ekstremizmlə və terrorizmlə mübarizəyə görə Azərbaycan Prezidenti İlham Əliyev kazakların ən yüksək mükafatı - Ataman Qolovatı Ordeni ilə mükafatlandırılıb.
4.4.2012
  
Dərsliklərdə səhvlərlə bağlı elə də ciddi problem yoxdur. Tapşırıq vermişəm ki, dərslikləri hazırlayan qurumlar, nəşriyyatlar, Təhsil Nazirliyinin müvafiq şöbəsi, TQDK-nın nümayəndələri ilə tez-tez görüşsünlər və mövcud problemləri aradan qaldırsınlar”. Bunu təhsil naziri Misir Mərdanov deyib.
4.4.2012
  
Aprelin 6-7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Ətraf mühitin mühafizəsi” VI Beynəlxalq layihə olimpiadası (“İnepo-Avrasiya”) keçiriləcəkdir.
Bununla bağlı keçirilən mətbuat konfransında “Çağ” Öyrətim İşlətmələri Şirkəti idarə heyətinin sədri Ənvər Özərən və Azərbaycan-Türk Özəl Liseyləri Baş İdarəsinin rəisi Arif Gömləksiz qeyd edilən olimpiada barədə ətraflı məlumatlar vermişlər.
4.4.2012
  
“Mədəniyyət və Turizm Nazirliyinin tarix, coğrafiya, ekologiya dərslərinin təbiət qoynunda, muzey və qoruqlarda keçirilməsi təklifini çox bəyənirik. Bir var ki, kitabdan oxuyasan, bir də var ki, Qobustanda, İçərişəhərdə və digər tarixi məkanlarda olub, onları gözlə görəsən, bu daha yaddaqalandır”. Bunu təhsil naziri Misir Mərdanov deyib.
4.4.2012
  
ABŞ-ın Texas ştatını dünən cəmi bir neçə saat ərzində 10 tornado vurub.Dallas şəhərində və şəhərin ətrafındakı bölgələrdə qasırğa binaların damlarını və bəzən də binaların özlərini aşırıb, maşınları havaya qaldırıb, ağacları kökündən çıxarıb.
4.4.2012
  
Osmalı Türkiyəsini idarə etmiş sultan sulaləsinin son nümayəndəsi olan Fatma Neslişah Osmanoğlu Sultan 92 yaşında dünyasını dəyişib.
4.4.2012
  
Azərbaycan prezidenti İlham Əliyev Xurşidbanu Natəvanın 180 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
4.4.2012
  
Milli Televizya və Radio Şurası (MTRŞ) milli teleserialların çəkilməsi ilə bağlı telekanalların hər birinə 500 min manat vəsait ayıracaq. Bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, aprelin 6-da MTRŞ-nın iclası keçiriləcək. İclasda televiziya kanallarına yeni maliyyə vəsaitinin ayrılması ilə bağlı məsələyə baxılacaq: “Mayın 1-dən Azərbaycanda əcnəbi serialların yayımı birmənalı olaraq dayandırılacaq. Burada başqa problem ola bilməz. Bəzi televiziya kanallları söhbət yayır ki, bu müddət uzadılsın. Amma belə şey olmayacaq”.
4.4.2012
  
Bakı və Abşeron yarımadasında aprelin 5-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacaq, mülayim cənub küləyi gündüz arabir güclənəcək.
5.4.2012
  
Oliviya Norton dünyaya gələrkən həkimlər onun bir neçə saatdan artıq yaşaya bilməyəcəyini söyləmişdilər. Çünki körpənin demək olar ki qanı yox idi. Indi altı aylıq olan Oliviyanın yaşaması "möcüzə" hesab edilir.