Şəhərlər

Xocavənd

Xocavənd rayonu 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılmışdır. Rayonun sahəsi 1458 km2 – dir. Xocavənd toponimi 2 hissədən - Xoca sözündən və vənd komponentindən ibarətdir. Xoca sözü türk dilində «müəllim, öyrətmən» anlamındadır.Vənd komponenti İran dillərində «uşağı, nəsli, törəməsi» mənasını daşıyır. Ərazisi alçaq dağlıq və şərqdə maili duzənlikdən ibarətdir. Əsasən, Yura, Tabaşir, Antropogen cokuntulərindən ibarətdir. Mərmər yatağı var. İqlimi cox yerdə yayı quraq kecən mulayim istidir. Çayları (Kondələncay, Qozlucay, Qurucay və s.) Araz hovzəsinə aiddir. Şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki ortuyundə yarımsəhra və quru col bitkiləri ustundur. Kolluqlar və enliyarpaqlı meşələr var. Meşələrdə tülkü, çaqqal, dovşan, çölsiçanı və s. kimi heyvanlar, kəklik, göyərçin və s. quşlar yaşayır. Rayon Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdədir. Qədim yaşayış məskənlərindən sayılan Xocavəndin ərazisi təbii sərvətlərlə - tikinti materialları və faydalı qazıntılarla, meşə zolaqları və şirin su ehtiyatları ilə zəngindir. Xocavənd rayonunun Qırmızıbazar qəsəbəsində diametri 600 sm, hündürlüyü 25 m olan 1 ədəd 1000 və 1 ədəd 2000 il yaşlı Şərq çinarları qədim təbiət abidəsi kimi qorunurdu. Rayonun Qarakənd kəndində "Qırmızı kitab"a düşən, üçüncü dövrün relikt növü olan, orta diametri 24 sm, hündürlüyü 12 metr, yaşı 100 illik azat ağacları da mühafizə edilirdi. Xocavənd rayonu əsasən kənd təsərrüfatı rayonudur. Üzümü və yaşıl mərməri ilə məş¬hur olan Rayonda əsas təsərrüfat sahələri heyvandarlıq, üzümçülük, quşçuluq, taxılçılıq, bostançılıq və tərə¬vəz¬çi¬lik¬ idi. Rayonda arpa, buğda, qarğıdalı, soğan, kartof, yem çuğunduru və bostan-tərəvəz bit¬kiləri yetişdirilirdi.Rayonun Tuğ kəndinin 5 km-də V əsrə aid «Alban» kilsəsi», Tuğ kəndi ərazisində XII-XVII əsrlərə aid «Alban» kilsələri, I-V əsrlərə aid «Alban» qəbiristanlıqları, Salaketin kəndi ərazisində yerləşən «Dəmrov» ocağı, «Dağdağan» ocağı, Xocavənd kəndi ərazisində yerləşən «Cicim» ocağı, Qaradağlı kəndi ərazisində qədim «Alban» qəbiristanlığı, Bəhrəmli kəndi ərazisində yerləşən «Bəhmənli» piri, Muğanlı kəndində yerləşən «Seyid Rza» günbəzi, Qaradağlı kəndi ərazisində «Yel» piri erməni işğalcıları tərəfindən vəhşicəsinə dağıdılmışdır. Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. Həmin rayonun Mets-Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası da tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir.Xocavənd 1992-ci il oktyabrın 2-də Ermənistan tərəfindən işğal edilib. İşğal altında olan Xocavəndin ərazisi bütövlükdə ekoloji terrora məruz qalıb. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq daşınıb, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib. Xocavəndin Yelli Gədik sahəsində Füzuliyə gedən yolun sağ və sol tərəflərində avtomobil yollarının mühafizəsi məqsədilə əkilən ağaclar da kəsilib. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir.

  • Bakı
  • Daşkəsən
  • Lerik
  • Saatlı
  • Tərtər
  • Ağcabədi
  • Füzuli
  • Masallı
  • Sabirabad
  • Tovuz
  • Ağdam
  • Gədəbəy
  • Mingəçevir
  • Şabran
  • Ucar
  • Ağdaş
  • Gəncə
  • Naftalan
  • Şahbuz
  • Xaçmaz
  • Ağstafa
  • Goranboy
  • Naxçıvan
  • Salyan
  • Xankəndi
  • Ağsu
  • Göyçay
  • Neftçala
  • Şamaxı
  • Xızı
  • Astara
  • Göygöl
  • Oğuz
  • Samux
  • Xocalı
  • Babək
  • Hacıqabul
  • Ordubad
  • Sədərək
  • Xocavənd
  • Balakən
  • İmişli
  • Qax
  • Şəki
  • Yardımlı
  • Bərdə
  • İsmayıllı
  • Qazax
  • Şəmkir
  • Yevlax
  • Beyləqan
  • Kəlbəcər
  • Qəbələ
  • Şərur
  • Zaqatala
  • Biləsuvar
  • Kəngərli
  • Qobustan
  • Şirvan
  • Zəngilan
  • Cəbrayıl
  • Kürdəmir
  • Quba
  • Siyəzən
  • Zərdab
  • Cəlilabad
  • Laçın
  • Qubadlı
  • Sumqayıt
  • Culfa
  • Lənkəran
  • Qusar
  • Şuşa