“Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimi olub
7.8.2019

Avqustun 7-də “Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli açılış mərasimi olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Mərasimdə yarışlara qatılan komandaların üzvləri, nümayəndə heyətləri və rəsmi şəxslər üçün maraqlı konsert proqramı təqdim olunub.