Facebook Pixel Code
GoMap XƏRITƏ
İmamzadə kompleksi
Baxış sayı:
  • Ünvan:
    Xurşidbanu Natəvan, Bərdə, AZ0900
Avtobus

Azərbaycan torpağı daim Əhli-Beyt (ə) ailəsinin sığınacaq yerlərindən biri olub. Buna misal olaraq Bakıda Bibi heybət, Bakının Nardaran kəndində Rəhimə xanım ziyarətgahı, Bülbülə kəndindəki İmamzadə, Bakının Bilgəh kəndindəki Leyla xanım ziyarətgahı və başqa ziayarətgahları qeyd etmək olar. Bu məkanlarda İmam (ə) övladları dəfn olunub və hər zaman xalqımız tərəfindən böyük ehtiramla ziyarət olunur. Belə ziyarətgahlar ölkəmizin müxtəlif bölgələrində də mövcuddur. Onlardan Gəncə, Bərdə İmamzadəsini və s, nümunə göstərmək olar. Bu abidələrdən biri XIX əsrdə (1868-ci il) Kərbəlayi Səfxan Qarabaği tərəfindən tikilmiş qoşa minarəli Şeyx İbrahimin «İmamzadə» məscididir. Qeyd etmək lazımdır ki, Bərdə şəhərindəki bir kümbəzli dörd minarəli həmin məscid müəyyən xüsusiyyətlərinə görə Şimali Azərbaycanda nadir məscid kompleksidir. Bu məscid Buxaradakı «Çar minar» adlı abidə ilə, həmçinin Kərbəlayi Səfxanın XIX əsrin sonlarında tikdiyi Ağdam Cümə məscidi ilə də oxşarlıq təşkil edir (110). Bişmiş kərpiclə yüksək memarlıq üslubunda tikilmiş, «Məscid İmamzadə», «Bərdə İmamzadə məscidi», «İmamzadə İbrahim» adlandırılan bu məscid indi də dini mərasimlərin keçirildiyi mərkəz, həmçinin qiymətli tarix və mədəniyyət abidəsidir. Bərdə şəhərində yerləşən Bərdə İmamzadəsi ziyarətgahında İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayılın qəbri yerləşir. O dövürlərdə Abbasi xəlifələrinin Əhli-Beyt (ə) ailəsinə etdiyi zülmlərin əlindən hicrət edən Şahzadə İsmayıl daim Əhli-Beyt (ə) aşiqi olan Azərbaycan torpağına sığınır. Bu yerlərdə xalqın dəstəyi və köməyi ilə Abbasi xəlifələrinin zülmündən amanda qalmaq mümkün idi. İpək yolunun üstündə yerləşən Azərbaycanın qədim şəhərlərindən biri olan Bərdə Şahzadə İsmayılın məskunlaşdığı yer olur. O ömrünün sonuna kimi bu torpaqda yaşayıb dünyasını dəyişir. Əhli-Beyt (ə) ailəsinin davamçıları olan Azərbaycan xalqı İmam (ə) övladının dəfn olunduğu məkanı qoruyub saxlamış və hər zaman ziyarət etmiş, onu vasitəçi bilib öz istəklərini Allah-təaladan istəyirlər. Hal-hazırda da bura xalqımızın daim ziyarət etdiyi yerlərdən biridir. 12 - ci əsrdə İbrahim adlı tacir xalqın bir qəbri ziyarət etdiyini görür, maraqlananda ona bildirirlər ki burada İmam Cəfəri Sadiqin (ə) qız nəvəsi Şahzadə İsmayil dəfn olunub bunu eşidən tacir öz hesabına qəbrin üstündə çay daşlarından günbəzli ziyarətgah tikdirir. Qeyd edək ki, bu ziyarətgah “Tacir İbrahim” adı ilə də qeyd olunur. 1868 - ci ildə İmamzadə türbəsinin 4 minarəsi Memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən bərpa olunub. Sonda bir məlumatı da qeyd edək ki, Memar Kərbəlayi Səfixan Qarabaği 1788 – ci ildə Azərbaycanın qədim və gözəl şəhərlərindən biri olan Şuşada anadan olub. 1910 – cu ildə isə dünyasını dəyişdiyi bildirilir. Memar Kərbəlayi Səfixan Qarabaği 1864 – cü ildə Şuşadakı Gövhərağa məscidini, 1868 – ci ildə isə Ağdam məscidini bərpa edib.

http://313news.net/forum/index.php?/topic/2020/page__mode__threaded__pid__30126

Qasım Hacıyev Bərdə şəhəri coğrafi, siyasi və mədəni tarixi

Son xəbərlər