Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Mahmud Əfəndinin türbəsi (Göy türbə)
Baxış sayı:
  • Ünvan:
    Aslanbəyli-Kəmərli yolu, Qazax, AZ3513
Avtobus

Türbə Qazax rayonunun Aslanbəyli kəndindədir. 1896-ci ildə Azərbaycanın qərb zonasında, Borçalıda yaşayan azərbaycanlılar tərəfindən tikilmişdir.  1835-1896-cı illərdə yaşamış Hacı Mahmud Əfəndi öz dövrünün tanınmış din xadimi olmuşdur. O, dini təhsilini Türkiyədə almışdır. Hacı Mahmud Əfəndi sevimli müəllimi Mirhəmzə Seyid Nigari Qarabağiyə ehtiram əlaməti olaraq Türkiyənin Amasya şəhərində, onun dəfn olunduğu yerdə böyük bir türbə tikdirmişdir. Türbənin qarşısına Hacı Mahmud Əfəndinin adı yazılı lövhə vurulmuşdur. Aslanbəyli kəndindəki türbə həm də gözəl memarlıq nümunəsidir. Abidə günbəzlə örtülmüş, üz qatı memarlıq dekorları, ornament və kitabələrlə bəzədilmişdir. Türbəyə xüsusi gözəllik vermək üçün çatma tağlar inşa edilmişdir. Abidənin inşa tarixi divarlarına ərəb əlifbası ilə həkk edilmiş yazılardan aydın olur. Giriş qapısından bir qədər yuxarıda maddeyi-tarix yazılmışdır. “Binai-tərbeye-tarix arar təbi bulur qəvvas, Dedi kim bu ğəriq oldu səfa Allah səfadır bu. 1318”. Bu beytin mənasından məlum olur ki, şeirdəki əbcəd hesabı ilə tapılmasına işarə olunan söz “ğəriq” kəlməsidir. Bu, hicri-qəməri təqvim ilə 1310-cu , miladi tarixi ilə 1892-ci ilə düşür. Lakin beytin sonundakı tarixdə 1318-ci il göstərilmişdir. Bu tarixi araşıdran müəlliflər türbənin 1892-ci ildə tikilməsini daha düzgün tarix sayırlar. Tikintinin ətrafı qəbirstanlıqdır. Yaxın qalanın üzərində 1909-cu ildə Həmid Əfəndinin təşəbbüsü ilə tikilmiş məscid və Hacı Mahmudun evi ucalır. Hacı Mahmud Əfəndi türbəsi (iç sahəsi 4x4 metr) dördbucaqlı formaya malikdir. Türbənin hündürlüyü 6 metrdir. Divarları iç tərəfdən qum-sement məhlulu ilə suvanmış və yaşıl rənglə işlənmişdir. Türbənin bir giriş qapısı və iki pəncərəsi vardır. İçərisində iki qəbir yerləşmişdir. Giriş qapısından içəridə - sol tərəfdə Hacı Mahmud Əfəndinin, sağ tərəfdə isə Seyid Yasin Əfəndinin qəbridir. Baş daşlarında farsca yazılar həkk olunmuşdur. Qeyd etmək lazımdır ki, Seyid Yasin Əfəndi Mahmud Əfəndinin dostu olmuşdur. Türbənin divarları daş plitələrlə üzlənmişdir. Türbə olduğu kimi qorunub saxlanmışdır. Lakin 1987-ci ildə burada təmir işləri aparılmışdır. Təmir işləri türbədə yığılan nəzir-niyaz hesabına icra edilmişdir. Türbə dövlət tərəfindən qeydiyyata alınmışdır.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

http://qazaxda.azeriblog.com/2009/02/08/umumi-melumat

http://hesenov.azersayt.com/blog.html?page=comments&member=allahdostlari&newsid=308647

http://fed.home.pl/azer/index.php/az/qazax/turistik-goermli-yerlr

Son xəbərlər