Facebook Pixel Code
GoMap XƏRITƏ
Qarabağlar türbəsi
Baxış sayı:
  • Ünvan:
    Kəngərli, AZ7402
Avtobus

Kəngərli rayonunun Qarabağlar kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsi. Memarlıq kompleksinə daxil olan türbədən başqa burada qoşa minarə və onların arasında yerləşən dini bina qalıqları var. Qoşa minarənin XII əsrin sonu-XIII əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə XIV əsrə aiddir. Baştağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatının adı yazıldığından, onun Quti xatının şərəfinə tikildiyi güman edilir. 1928-ci ildə “Naxçıvan Tədqiq və Tətəbbö Cəmiyyəti”nin elmi katibi M. Mirheydərzadə qoşa minarəli baştağın kitabəsində ərəb dilində bu sözlərin yazıldığını müəyyən etmişdir: “Allahın bu nişanəsi türkman Quti xatındır”. Sərdabə və yerüstü hissədən ibarət Qarabağlar türbəsində qülləvarı türbələrin əsas xüsusiyyətləri əks olunmuşdur. Daş kürsülük üzərində dəstə şəklində birləşən 12 yarımsilindrik çıxıntı Qarabağlar türbəsinin yerüstü kompozisiyasını əmələ gətirir. Çıxıntılar divarın ümumi həcmini azaltmaqla yanaşı, türbəyə qala əzəməti verir. Türbənin 12 bucaqlı yeraltı sərdabəsinin divarları daşdan, günbəzləri isə kərpicdən hörülmüşdür. Qarabağlar türbəsinin səthi qırmızı və firuzəyi kaşılı kərpiclə örtülmüş həndəsi ornamenti xatırladan kitabələrlə bəzədilmişdir. Kitabələrin mətni şaquli qoyulmuş firuzeyi kaşılı kərpiclərdən və üfüqi düzülmüş kaşısız qırmızı kərpiclərdən tərtib olunmuş və kərpic vasitəsilə düzəldilən dəfələrlə təkrarlanan rombların içərisində yazılan “lə iləhə illəllah Məhəmmədən Rəsulallah” (Allahdan başqa Allah yoxdur, Məhəmməd (s.ə.v.) onun rəsuludur!) kəlamlarından ibarətdir. Bu isə müəyyən qədər 1322-ci il Bərdə türbəsinin ornamentli kitabəsini xatırladır. Türbənin yuxarısındakı kitabə qurşağı nəsx xətti ilə işlənmişdir. Yerliyi göy kaşıdan olan kitabə ağ hərflərlə yazılmışdır Qarabağlar türbəsinin kompozisiya xüsusiyyəti 4 baştağlı olmasıdır. Bu baştağlar şimal, cənub, qərb və şərq istiqamətlərində yerləşərək türbəyə 4 fasadlı görkəm verir. Baştağların səthi kaşı ilə örtülmüş, həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Bunlardan ən maraqlısı şm. tərəfdəki əsas baştağdır. Qarabağlar türbəsinin konus şəklində olmuş yuxarı günbəzi və müvafiq kitabələri dağıldığından türbənin tarixini dəqiq təyin etmək mümkün deyildir. Lakin bütün tədqiqatlar türbənin XIV əsrin əvvəllərində tikildiyini göstərir. Qarabağlar türbəsi ilə Bərdə türbəsinin oxşarlığına və hər ikisinin XIV əsrin əvvəllərində tikilməsinə əsasən bu abidələrin eyni memarlıq məktəbinə aid olduğu, hətta Naxçıvan memarlıq məktəbinin görkəmli nümayəndəsi, Bərdə türbəsinin müəllifi Əhməd Əyyub oğlu Hafiz Naxçıvani tərəfindən inşa edildiyi ehtimal edilir.

Son xəbərlər