Facebook Pixel Code
GoMap XƏRITƏ
Şeyx Cüneyd türbəsi
Baxış sayı:
  • Ünvan:
    Həzrə kənd yolu, Qusar, AZ3819
Avtobus

Qusar rayonunun Həzrə kəndində inşa edilmiş tarixi abidələrdən birisi də Şeyx Cüneyd türbəsidir. Səfəvilər sülaləsinin nümayəndələrindən biri olan Cüneyd 1460-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə vuruşmada həlak olnıuş və Qusar rayonunun Həzrə kəndində dəfn edilmişdir.

Azərbaycanda Səfəvilər hakimiyyətə gəldikdən sonra Şeyx Cüneyidin cənazəsinin qalıqları Ərdəbilə köçürülmüşdür. Sonralar Səfəvi hökmdarı I Təhmasibin göstərişi ilə qəbir üzərində türbə tikilmişdir. Abidənin fasadındakı kitabədə türbənin 1544-cü ildə tikildiyi göstərilir. Bişmiş kərpicdən inşa edilmiş abidə kvadrat planlı əsas binadan və onun künclərindəki otaqlardan - hücrələrdən ibarətdir. Türbənin 4 divarının hər birində giriş açırımları (qapı yerləri) vardır. Dördüncü hücrənin içərisindən türbənin günbəzinə pilləkan qalxır. Türbənin iç səthi 1,42 m. hündürlüyə qədər mavi və qara-bənövşəyi rəngli kaşı lövhələrlə üzlənmiş, interyerin yuxarı hissəsi suvaqla örtülmüşdür.

Türbənin bayır səthlərində şirli kərpicdən quraşdırılmış bəzək fraqmentləri indiyədək qalmışdır.

Son xəbərlər