Facebook Pixel Code
GoMap XƏRITƏ
Əhmədalılar türbəsi
Baxış sayı:
  • Ünvan:
    Füzuli, AZ1920
Avtobus

Fizuli rayonun Əhmədəlilər kəndində yerləşən bu türbə Babı kəndindəki türbəyə çox oxşayır. Ümumi şəkilləri bir-birinə çox oxşayan bu abidələr bəzi xüsusiyyətləri ilə fərqlənir.

Əhmədəlilər kəndindəki türbədə yerüstü hissənin daxilində Babıdakına oxşar heç bir quruluş yoxdur. Bu türbənin gümbəzi ikiqat daşdandır. Babı türbəsindən fərqli olaraq, burada, türbənin giriş yolu portal şəklində həll edilmiş və bu portalın kənarlarında ornament işlənilmişdir. Arxeoloji tədqiqat aparıldığı dövrdə türbə dağınıq halda idi. Ola bilsin ki, vaxtilə burda olan kitabə də dağılmışdır. Ona görə də, abidənin tarixi məlum deyil. Üslub xüsusiyyətlərinə və ilk növbədə Babı türbəsinə oxşarlığına əsasən, Əhmədəlilər türbəsinin XIII əsrin axırlarında tikildiyi ehtimal olunur. Əhmədəlilər türbəsində portalların inkişaf etmiş bir şəkildə olması bir daha sübut edir ki, bu abidə Babı türbəsindən daha sonra tikilmişdir.

Son xəbərlər