Facebook Pixel Code
GoMap XƏRITƏ
Rəhimə xanım ziyaratgahı
Baxış sayı:
  • Ünvan:
    Nəsrullah Əsgərov, Bakı, Sabunçu, AZ1097
Avtobus

Yerli camaatın verdiyi məlumata görə, Nardaran piri miladi tarixilə VIII əsrə aiddir. Bu pir-kompleks Nardaran kəndinin şimal hissəsində yerləşir. Pirdə Həzrət imam Rzanın (ə) bacısı Rəhimə xanımın qəbri yerləşib. O, Harun ər-Rəşid və Məmunun dövründə Azərbaycana pənah gətirən Peyğəmbər övladlarından biridir. Kənd sakini Hacı Ədalət Əlizadənin söylədiyinə görə, Rəhimə xanım yerli sakin Seyid Yusif ağanın qonağı olmuşdur. O öz ailəsi ilə birgə bu kəndə pənah gətirərək burada yaşamış və elə buradaca dəfn olunmuşdur. Lakin sonralar Rəhimə xanımın qəbri yerləşən Pir təbiət hadisələri ilə əlaqədar olaraq itib-batmışdır. Yəni Xəzər dənizinin XIII-XIV əsrlərdə yerinə çəkilməsi nəticəsində kəndin şimal hissəsində boşluq əmələ gəlmiş və şimal küləklərinin gətirdiyi qum qəbrin üstünü örtmüşdür. Lakin əsrin əvvəllərində kənd sakini Şeyx Yunisin təşəbbüsü ilə burada qazıntı işləri aparılmış və ziyarətgah bərpa olunmuşdur. Azərbaycan müstəqillik qazanandan sonra Nardaran kənd sakinləri Hacı Hafizin rəhbərliyi ilə burada yenidən bərpa və tikinti işləri apararaq, hal-hazırkı pir-kompleks möminlərin ixtiyarına verilmişdir. Bu yeni tikintiyə 1994-cü ildə Peyğəmbərin mövlud günündə başlanılıb. Tikinti işləri isə yerli ustalar tərəfindən həyata keçirilir. Məscid ikimərtəbəli olub, birinci mərtəbəsi ziyarətgah kimi saxlanılır. Məscidin iç sahəsi 30x17 metr, hündürlüyü 26 metrdir. Məsciddəki 4 minarənin hər birinin hündürlüyü isə 41 metrdir. Günbəzinin diametri 17 metr, hündürlüyü isə 16 metrdir. Məscidin əsas ibadət zalı 2 günbəzə malikdir. Hal-hazırda Nardaran pir - kompleksində iki hissədən ibarət Hüseyniyyə üçün nəzərdə tutulan binanın tikintisi davam etdirilir. Qeyd edək ki, Nardaran ziyarətgahında eyni vaxtda 1500 möminin ziyarət etməsi mümkündür.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər