Facebook Pixel Code
GoMap XƏRITƏ
"Qırmızı günbəz" türbəsi
Baxış sayı:
  • Ünvan:
    Qaraqoyunlu kənd yolu, Ağsu, AZ0623
Avtobus

Memarlıq abidəsi Ağsu rayonunun Qaraqoyunlu kəndində yerləşir. Abidə hicri 1286-cı ildə (1869-1870) inşa olunmuşdur. Divarları qırmızı bişmiş kərpicdən, səkkizüzlü prizma şəklində inşa olunmuşdur. Bir giriş qapısı vardır. Pəncərələri yoxdur. Abidənin tağvari günbəzi vardır. Sonralar təbii aşınmaların qarşısını almaq üçün türbənin damı üzəri qırmızı rənglənmiş dəmir örtüklə bağlanmışdır. Günbəzin içərisində, orta hissədə bir qəbir vardır. Qəbrin üzərində dördkünc sənduqə qoyulmuşdur. Sənduqənin hər iki yanında və başdaşının üzərində ərəb əlifbası ilə kitabə həkk edilmişdir. Başdaşı üzərində yazılmışdır: “Onun (Allahın) lizundən başqa hər şey məhv olacaqdır. Bu qəbir rəhmətlik, günahları bağışlanmış Hacı Soltan Baba ibn (oğlu) Hacı Salmanındır. Allah, Məhəmməd . 1286 (1869-1870)-cı il” (Yazının tarix elmləri doktoru M.Nemət oxumuşdur).

http://www.history.az/pdf.php?item_id=20100913014555256&ext=pdf

Son xəbərlər