Facebook Pixel Code
GoMap XƏRITƏ
Ağoğlan monastırı
Baxış sayı:
  • Ünvan:
    Hüsülü kənd yolu, Laçın, AZ4100
Avtobus

Laçın rayonundakı Ağoğlan çayının yanındakı Siservank monastırının üçnefli kilsəsi VI əsrdə tikilmişdir. Şişuclu qübbə ilə orta nef, dərin apsida ilə tamamlanır, silindrik qübbələr ilə örtülmüş yan neflər isə şişuclu qübbə tikilişlərlə qurtarır. Apsida yarımgünbəzlə örtülmüşdür, apsidanı yaradan tağ nalşəkilli təsəvvür yaradır. Kilsənin interyeri suvaq üzərində freska naxışları ilə tərtib olunmuşdur. Tağların arxivoltları və onların dayaq olduqları naxışlı sütunlar iri, təmiz yonulmuş plitələrlə üzlənmişdir. Tikilinin yuxarı hissələrində daş üzərində dekorativ oyma işlənmişdir, onlar orta, daha hündür nefin pəncərələri ilə yaxşı işıqlanır.

Məbədin xarici görünüşü – bu dəqiq və sadə həll olunmuş fasadlarla, daha hündür neflə xarakterik bazilikadır. Bir planlaşdırılma xüsusiyyəti maraqlıdır: əsas girişlərin qarşısında, Ləkit məbədində və Qum bazilikasında olduğu kimi yoğun sütunlar yerləşmişdir. Bu, Azərbaycanın ərazisində bir sıra xristian məbədlərində saxlanılan qədim kahinlik ənənələrinə görə, aşkar bütpərəstlik üsuludur, Ermənistan və Gürcüstanın xristianlıq dini arxitekturasında isə buna rast gəlinmir, bu da qədim Xəzərlərə və Albaniyaya gedib çıxan memarlığın dərin köklərinin olmasını təsdiq edir.

Son xəbərlər