Facebook Pixel Code
GoMap XƏRITƏ
Xotavənk monastırı
Baxış sayı:
  • Ünvan:
    Kəlbəcər, AZ3200
Avtobus

Tarixi vilayət Arsax-Xaçın knyazlığı (A r s a x –X a ç ı n — Qafqaz Albaniyasının vilayətlərindən biridir, hansı ki, hal-hazırda Dağlıq Qarabağı və erməni silahlı qüvvələrinin işğalı altında olan Azərbaycan Respublikasının Kəlbəcər rayonunun bir hissəsini əhatə edir) Qafqaz Albaniyasının çoxlu qədim və orta əsrlər memarlıq əsərləri ilə zəngindir. Alban xristian arxitekturasının gözəl nümunələri adlanan bir qrup xristian məbədləri xüsusilə maraqlıdır.

Onlardan ən qədimi, Azərbaycan Respublikasının Kəlbəcər rayonundakı, Tərtər çayının sol sahilində meşə ilə örtülmüş dağın təpəsində yerləşən Xaşavənk və ya Xotavənk monastırıdır. Xaşavənk monastırı Arsax-Xaçında xristianlığın yayılmasından dərhal sonra yaranmışdır.

Rəvayətlərə görə, yarımdağılmış vəziyyətdə saxlanılmış birinci bazilika tikilisi, bizim eranın I əsrində yaradılmışdır.

Arsax-Xaçın vilayətinin ərazisində Qafqaz albanları yaşamışdır (Çox hissəsi islam dininə qulluq edən albanlar, sonradan azərbaycanlı adlanmağa başladılar, xristian dininə qulluq edənlər isə, 1836-cı ildə onların kilsələrinin rus kilsəsinə birləşməsindən, erməni kilsəsi ilə birləşmə yolu ilə (rus kilsəsinə 1828-ci ildə birləşdirilmişdir) sonra, tədricən ermənilər adlanmağa başladılar), həmçinin onların tərkibinə utin-udinlərin daxil olmuşlar, onların dilində “Xaş” ikili məna verirdi – Ay və işıq, şəfəq.

Qafqaz Albaniyasında planet allahlarına sitayişin yayılması hələ Strabon tərəfindən qeyd olunmuşdur – albanlar Helios, Zevs və Selena allahlarına sitayiş edirdilər. Ona görə də biz hesab edirik ki, harada ki, qədim dini kompleks yaranmışdır, sonsuz işığa – şəfəqə - Mitre allahına və Ay allahına sitayiş olunmuşdur, udin sözü “Xaş” əsasında Xaşavənk adlanmışdır. Bu ad vaxt keçdikcə qismən dəyişikliyə məruz qaldı və Xoşavənk, Xotavənk, Xatavənk və s. adlanmağa başladı.

Təəssüf ki, Xaşavənk Monastır kompleksi pis saxlanmışdır. Nisbətən tam halda bizə, alban knyazı Ovanes Xaçenski tərəfindən tikdirilmiş kafedral kilsə gəlib çatmışdır. Bu Qafqaz Albaniyası memarlığının maraqlı yaradıcılığı, qonşu xalqların dini arxitektura əsərlərindən kəskin fərqlənir. Kilsə həcm-məkan, həm də planlaşdırılma kimi asimmetrik həll olunmuşdur. Yeri gəlmişkən, onun orta əsr erməni komplekslərinin heç biri ilə analoqu yoxdur.

X əsrdən XV əsrə qədər Xaşavənk alban Xaçın knyazlığının xristian dini mərkəzi olur.Alban knyazı Həsənin, Sakarın oğlu Vaxtanqın (1142—1182 illər) hakimiyyəti dövründə, Xaşavənkdə günbəzli kilsə tikdilər. Knyaz Həsənin oğlu – Vaxtang hakimiyyətə gələn zaman monastırın əhəmiyətliliyi daha möhkəmləndi, orada mehmanxana, kitabxana fəaliyyət göstərirdi və Vaxtanqın arvadı Arzu-Xatun kilsəsi tikildi. Yaxşı saxlanılmış bu kilsə, orta əsrlərdən əvvəlki Albaniyanın ən qiymətli arxitektura abidələrindən biri adlanır. Məbədin daxilində freska fraqmentləri vardır, onların müəllifləri Arzu-Xatun və onun qızları adlanır.

Onların müasiri, Gəncə şəhərindən olan alban tarixçisi Kirakos Gəncəkski yazırdı ki, onlar istedadla və təsviri incəsənətlə yerinə yetirilmişlər.

Təsvir edilən monastırın əhəmiyyəti haqqında bununla mühakimə yürütmək olar ki, digər daha az əhəmiyyətli monastırlardan, ora müxtəlif əlyazmaları və xaçdaşları gətirib çıxarmışdılar. Bu kilsə 1214-cü ildə knyaginya Arzu-Xatun tərəfindən, əvvəlcə həlak olmuş əri, daha sonru iki oğlunun xatirəsinə tikilmişdir. Kilsə kiçikdir, iki barelyefə malikdir: şərq tərəfdən pəncərənin üzərində, qurşağa qədər knyaz və hansısa müqəddəs – hər ikisi məbədin modelini tutub saxlayan, cənub divarında isə - həmçinin məbədin modelini tutub saxlayan iki knyaz təsvir olunmuşdur. Birinci halda, təsvirdə müqəddəslə Arzu-Xatunun ərini, ikincidə isə - onların oğullarını hesab etmək olar. Bu ktitor portretləri və digər kiçik bəzəklərin işlənməsi yüksək bədiiliyi ilə fərqlənmir.

Göstərilən kilsədə, cənub divarında irimiqyaslı səhnə, Nikolay Çudotvortsa Xrist -Mitranın və İsanın anası – Omoforun qaytarılması, şimal divarında – daşlarla arxidiakon Stefanosun öldürülməsi səhnəsi təsvirləri vardır. Hətta sonrakı əsrlərdə də Ermənistanda yayılmamış Nikolay Çudotvorts, yəqin ki, təmiz alban dini adlanır. Bu təsvirlər, biz hesab edirik ki, L.Durnov hesab etdiyi kimi, məbədin 1312-ci ildəki bərpası zamanı yox, knyaginya Arzu-Xatun və onun qızları tərəfindən təsvir olunmuşdur. Bizim fikrin xeyrinə Nikolay Çudotvortsun təsvirinin olmasıdır, həm də Arzu-Xatun və onun qızlarının bədii yaradıcılığa olan məhəbbətidir.

Xaşavənk monastır kompleksində orta əsrlər Albaniyasının unikal mülki memarlıq abidəsi – XIII əsrin əvvəllərinin saray zalı yerləşir. O, tikililərin cənub qrupunda, qalan kübar tikililəri arasında (yeməkxana, kitabxanalar, yaşayış və kommunal binaları) yerləşmişdir.Cənub fasadındakı tikili yazısı göstərir ki, o 1211-ci ildə knyaz Həsənin oğlu Georgi tərəfindən tikilmişdir.

Bazalt daşından tikilmiş saray zalının kompozisiya həlli, təsvir edilən dövrün alban abidələri üçün xarakterikdir. Zalın planı kvadrata yaxınlaşır (daxili ölçüləri 8,4X9 m), onun mərkəzi hissəsində, divarda səkkiz yarımsütunla dörd dəyirmi sütun yerləşmişdir. Həm sütunlar, həm də yarımsütunlar bütöv bazalt qayalarından yonulmuşlar, onlara tağlar söykənir, hansı ki, zalın örtüyünü, səkkiztilli çadır şəklində işıq deşiyi ilə doqquz hissəyə - səkkiz düzbucaqlı və mərkəzi kvadrat hissəyə bölür (dini və ictimai binalarda qədim kahinlərin motivləri). Sütunlar profillənmiş kapitellərə və künclərdə stalaktit oymalara malikdir.

Saray zalının binası dekordan, ancaq interyerdə məhrum edilmişdir, kiçik yüksəklik üzərində (ola bilər ki, alban knyazının taxt-tacı durduğu yer) divarda incə naxışla dekorasiya olunmuş xaçdaş qoyulmuşdur. Binanın pəncərələri yoxdur və örtükdə olan işıq deşiyindən işıqlandırılır.Zal, alban arxitekturasının yaradıcılığı olaraq, bizim vaxta qədər gəlib çıxmış orta əsrlər erməni saraylarından kəsişən tağların vahid örtüyü ilə fərqlənir.

 

Son xəbərlər