Facebook Pixel Code
GoMap XƏRITƏ
Alban məbədi
Baxış sayı:
  • Ünvan:
    Yaqub Əzimov, Şəki, AZ5528
Avtobus

Şəkinin Orta Zəyzid kəndində yerləşən məbəd planda şərq tərəfdən yarımdairəvi absida və üç düzbucaqlı, xaç formalı çıxıntılardan ibarətdir. Bu abidədə çıxıntıların dərinliyi az olduğundan, onların praktiki istifadə yoxdur. Abidənin iki hündür taxçası vardır. Günbəzaltı kvadrat üç qarınaltı tağla və absidanın konxası ilə tərtib olinmuşdur. Günbəzin barabanı daxildən və xaricdən dairəvidir. Abidənin dəqiq nisbəti və incəliyi, kompozisiyanın aydınlığı onun Qafqaz Albaniyasının memarlığında əhəmiyyətli yer tutmasına imkan verir.

Məbəd “şirimə” adlanan yonulmuş iri daş kvadralarla hörülmüşdür. Abidənin tikinti dövrünü VI – VII əsrlərə aid etmək olar. Şəhərin yuxarı hissəsində yerləşən memarlıq abidəsi – məbəd XIX əsrə aiddir.

Qeyd etmək lazımdır ki, Orta Zəyzid kəndində bir neçə bele eyni tipli abidə vardır. Bundan əlavə, Şamaxı rayonunda da bu tipli abidəyə rast gəlmək olur.

Salamzadə Əbdülvahab Şəkinin memarlıq abidələri

Son xəbərlər