Facebook Pixel Code
GoMap XƏRITƏ
Pir-Mərdəkan türbəsi
Baxış sayı:
  • Ünvan:
    Mirza Ələkbər Sabir, Şamaxı, AZ5615
Avtobus

Bu türbə Şamaxı şəhərindən 6 km. cənubi-şərqdə yerləşir. Abidə XIII - XIV əsrlərdə tikilib. Şirvanşah I İbrahimin qəbiri buradadır. Abidə Şamaxıdan 17 km cənubda hazırkı Göylər kəndində aşkara çıxarılmışdır. Vaxtilə Şamaxı-Ərdəbil karvan yolunun üstündə yerləşən bu abidə həm ticarət, həm də ziyarət əhəmiyyəti daşımışdır. Xalq arasında "Pir Mərdəkan" adı ilə tanınan xanəgah kompleksinin yalnız türbə binası dövrümüzə qədər salamat qalmışdır. Onun ətrafında isə məscid, hücrələr, karvansara və digər tikililərin qalıqları aşkarlanmışdır. Yaxşı yonulmuş daşdan dördkünc plan üzrə inşa olunmuş türbə şiş çadırvari günbəzlə tamamlanır. Türbənin içərisindəki məzar üzərindəki başdaşında kufi elementli süls xətti ilə həkk olunmuş kitabədə bildirilir ki, qəbir Şeyx, imam, ən böyük alim, mömin Tair Tac əl-Hüda Mərdakani ibn Əlinindir. Mütəxəssislər Tac əl-Hüdanın "mömin", "şeyx" titullarına və "imam" vəzifəsinə görə onun xanəgahın imamı olduğunu bildirirlər. Xanəgahın bina olunması isə, görünür, XII əsrin sonu - XIII əsrin əvvəllərinə aiddir.

Son xəbərlər