Facebook Pixel Code
GoMap XƏRITƏ
Malik İbrahim piri
Baxış sayı:
  • Ünvan:
    Üçtürlənğə, Ordubad, AZ6900
Avtobus

Ordubad rayonunda Əbu Səid Əbülxeyrin nəzəriyyəsini yayan eyni adlı Şeyx Əbu Səidin rəhbərlik etdiyi mərkəz - sufi xanəgahı Malik İbrahimdə yerləşmişdir. "Malik ibrahim piri" və "Qara pir" Ordubad şəhərinin şərqində, Qaradağın ətəklərində yerləşmişdir. Burada bir məscid binası və cənuba doğru uzanan böyük bir qəbristanlıq vardır. Sahəsi təqribən 2 hektara yaxındır. İndi də istifadə olunmaqdadır.
Qəbristanlığa niyə Malik İbrahim deyildiyini izah etməkdən ötrü əldə elə bir epiqrafik sənəd yoxdur. Hələlik mənbələrdə də bu barədə heç bir məlumata rast gəlinmir. Lakin buranın niyə pir kimi ziyarət olunduğu, müqəddəs hesab edildiyi barədə qəbristanda hələ otuz il bundan əvvəl aparılan axtarışlar göstərir ki, hazırda ziyarət olunan yer nədənsə səhv düşmüşdür. Müqəddəs hesab olunan qəbirdə, üzərində qoyulmuş mərmər sənduqənin ərəbcə yazılarından məlum olur ki, hicri 962-ci (1554-1555) ildə vəfat etmiş Fərruxzad bəyin oğlu Məhəmməd bəy dəfn olunmuşdur. Lakin məqbərədən bir qədər aralı bir başdaşı da var. Üzərindəki ərəbcə suls xəttilə yazılmış kitabədə sufizmin banilərindən məşhur Əbu Səid Əbülxeyrin yeddi arxa övladlarından olan Şeyx Əbu Səidin haqqında məlumat verilir:
"Rəhimli və mərhəmətli Allahın adıyla. Bu qəbir xalqın mürşidi, həqiqət sahiblərinin nümunəvisi, dünya və dinin tacı, Şeyx Əbu Səid adıyla tanınmış, xorasanlı Əbu Səid Əbülxeyrin - Allah onun əziz ruhunu müqəddəsləşdirsin - yeddi arxa övladlarından olan şeyxülislamındır. Ölüm tarixi yeddi yüz əlli doqquzuncu hicri ili, məhərrəm ayının səkkizi, cümə axşamı, günortadan sonra (21 .XII.1357) oldu. Əbu Səid bu dar dünyadan köçdü. Cənnətdə babasının ruhuna qovuşdu. Ustad Nəcməddin ibn ustad Hacı Pənahın işidir. Memar Məhəmməd bəy ibn Hacı dua ilə kömək istəyir".
Başdaşının kənarında qeyd olunan ustad Nəcməddini və ustad Hacı Pənahı abidənin xəttatı hesab etmək olar. Memar Məhəmməd bəy ibn Hacının qeyd olunmasına əsasən, demək olar ki, vaxtilə Şeyx Əbu Səidin qəbri üzərində türbə binası olmuşdur. Lakin türbədən heç bir əsər-əlamət qalmamışdır. Əbu Səidin sufi şeyxi və onun sufiliyin məşhur banisi xorasanlı Əbu Səidin övladlarından və davamçılarından olması haqqında kitabədə tam məlumat verilib. İndi qeyd olunan yerdə, qədim karvan ticarət yolu üzərində Əbu Səidin sufi xanəgahının olmasına heç bir şəkk - şübhə qalmır.
"Qara pir" binasının çox hissəsi təbii qayaya çapılmışdır. Ancaq baş fasaddan bir hissəsi (6,0x2,5x2,0) bina olunmuşdur. Qapının üzərində farsca rəğbətini qazanmaq məqsədilə bu şərəfli və mübarək bina cümadə əl-əxir ayının ikisində cənnətlik Hacı Ağacan Ordubadinin oğlu Hacı Zeynalabdinin səyilə 1264-cü ildə tamamlandı (6.V.1848).

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər