Facebook Pixel Code
GoMap XƏRITƏ
Kürmük alban kilsəsi (alban məbədi) 1855
Baxış sayı:
  • Ünvan:
    Birinci Biləcik kənd yolu, Qax, AZ3400
Avtobus

Kürmük məbədi – Qax rayonunun Əmbərçay kəndi yaxınlığında yerləşir. Arxeoloji qazıntılar zamanı müəyyın olunmuşdur ki, Kürmük məbədi Qax rayonu ərazisində vaxtilə mövcud olmuş qədim bir alban məbədinin (I-III əsr) qalıqları üzərində inşa olunmuş kilsədir. İlisu sultanlığını işğal edən Çar Rusiyası xristianlığı yaymaq üçün qədim məbədin üzərində yeni kilsə tikmişdir. Kilsənin inşa tarixi 1873-cü ilə aiddir. Bu kilsə gürcü mitropolitinin təklif və təkidləri ilə inşa olunmuşdur. Vaxtilə burada mövcud olmuş alban məbədindən və monastırından isə torpaq altından aşkara çıxarılmış tikinti qalıqları var. Bu kilsənin alban abidələri ilə heç bir əlaqəsi yoxdur. Kilsə qırmızı kərpicdən inşa edilmişdir. Zəng yeri dairəvi inşa edilmişdir və dar pəncərələr qoyulmuşdur. Zəng yerinin üzəri konusşəkilli damla örtülmüş və damın üstündə xaç qoyulmuşdur. 2006-cı ilin sentyabrında məbədin cənub ərazisində aparılan arxeoloji qazıntılar zamanı məbədin mərhələli şəkildə 4 dəfə müxtəlif əsrlərdə yenidənqurma-bərpa işlərinə məruz qaldığı məlum olub. Bununla da məbədin gürcü və ya ermənilərə deyil, ilkin çağlarda alban kilsəsinə aid olduğu sübuta yetirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş siyahıya əsasən «Kürmük» məbədi tarix və mədəniyyət abidəsi kimi qeydiyyata götürülmüşdür. 2003-cü ildə Kürmük məbədi Mədəniyyət Nazirliyi tərəfindən əsaslı təmir edilmişdir.
Ənənəvi olaraq Qax rayonundakı Kürmük məbədində ildə iki dəfə - may və noyabr aylarında «Kürmük oba bayramı» və ya gürcülərin təbirincə desək «Müqəddəs Georgi Günü» qeyd olunur. Həmin gün məbəd adi günlərdə olduğu kimi qapılarını hamının eləcə də, ölkədəki azsaylı və qonşu xalqların üzünə açır. Məbədə gələn insanlar burada Allaha sitayiş və dua etməklə bərabər məbədin ərazisindəki qədim daşın üzərinə arzu və istəklərini söyləyərək şam yandırırlar. Bu daş üstündə əvvəllər məbəd ucaldılmış qaya parçasıdır. Niyyəti hasil olan insanlar isə müqəddəs sayılan daşın yaxınlığında qurban kəsirlər.

http://www.ayna.az/2011-05-14/cemiyyet/5842-Qax-Kurmuk-ingiloy/print

http://anspress.com/index.php?a=2&lng=az&nid=99440

http://www.qax-ih.gov.az/az/46

Son xəbərlər