Facebook Pixel Code
GoMap XƏRITƏ
Müqəddəs Məryəm kilsəsi
Baxış sayı:
Avtobus

Müqəddəs Məryəm Ana katolik kilsəsi - 2008-ci ilin martın 7-də Bakıda Şamil Əzizbəyov küçəsində yerləşən Müqəddəs Məryəm Ana katolik kilsəsinin rəsmi açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Kilsə Neapol Memarlıq Universitetinin professoru Pado Ruceyro və Bakı şəhərinin baş memarı Akif Abdullayevin layihəsi əsasında inşa olunmuşdur. Müasir üslubda tikilən və 1256 kvadratmetr sahəsi olan binada istilik, havalandırma, yanğınsöndürmə sistemləri quraşdırılmışdır. Tikintini Vatikan Dövləti maliyyələşdirmişdir. Binanın girişində kilsənin təməlinin qoyulduğu tarix, memarların və inşaatçı şirkətin adları yazılmış lövhə vurulmuşdur. Kilsənin eyni vaxtda 250-300 nəfərin ibadət edə biləcəyi salonu var. Azərbaycan və Vatikan əlaqələri, Roma Papası II İoann Pavelin Azərbaycana səfəri guşələrində ulu öndər Heydər Əliyevin 1997-ci ildə Vatikana, 2002-ci ildə Roma Papasının ölkəmizə və 2005-ci ildə Prezident İlham Əliyevin Vatikana səfərlərini, keçirilən görüşləri əks etdirən fotoşəkillər toplanmışdır. 2007-ci ilin aprelində Polşa Prezidenti Lex Kaçinski Azərbaycana səfəri zamanı kilsədə olmuş və buraya üç ədəd zəng bağışlamışdır. Zənglər həftədə və bayram günlərində duadan öncə bir dəfə çalınır. Polşanın Bakıdakı səfirliyinin hədiyyə etdiyi II İoann Pavelin portreti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Roma Katolik Kilsəsinin ölkəmizdəki nümayəndəliyinə hədiyyəsi olan İsa Məsih heykəli kilsənin görkəmli yerlərinə qoyulmuşdur. Hazırda Azərbaycanda 600-dək katolik var ki, onların da 300 nəfəri respublikamızın müxtəlif yerlərində daimi yaşayırlar. Bakıda 1912-ci ildə neft maqnatları Rılskilər ailəsi tərəfindən Müqəddəs Məryəm katolik kilsəsi (memarı İ.K.Ploşko) inşa edilmişdi. Sovet dövründə 1934-cü ildə kilsə dağıdılmış və onun yerində Dzerjinski adına klub - indiki Şəhriyar adına Mədəniyyət Evi tikilmişdi.

http://www.scwra.gov.az/view.php?lang=az&menu=240&id=206

Son xəbərlər