Facebook Pixel Code
GoMap XƏRITƏ
Şeyx İbrahim məscidi
Baxış sayı:
  • Ünvan:
    Asəf Zeynallı, Bakı, Səbail, AZ1000
Avtobus

Salyan darvazasına çıxmaq üçün, öz istiqamətini dəyişən ticarət magistralı üzərində yerləşmişdir. Fasad üzərindəki epiqrafik yazı, sifarişçi Hacı Əmirşah Yaqub oğlunun adını öyrənməyə imkan verir. Digər yazı isə məscidin Ağa Qafar Hacı Murad oğlu tərəfindən bərpa olunması haqqında məlumat verir. Əsas yazı məscidin Hicri-qəməri təqvimlə 818-ci ildə Sultan oğlu Sultan Şeyx İbrahimin dövründə inşa olunmasını qeyd edir. Ona görə də bu məscidə xalq Şeyx İbrahim adını verib. Məscid dördbucaq şəklindədir və çatma formalı daş qübbə ilə örtülmüşdür. Mehrab ənənəvi yan divarda deyil, uzunluğuna olan divarda yerləşmişdir. XIX əsrdə məscidin fasad divarının səthi üç dördbucaq çərçivələrə bölündü və bununla da fasad Avropa memarlıq üslubu aldı. Hər bir çərçivənin içərisində yarıqla tamamlanan pəncərə yerləşdirildi, giriş isə portal formasında işlənildi. Milli memarlıq abidəsinin qədim məzmunu qorunaraq, burada yerli və Avropa motivləri, vahid memarlıq platformasında birləşir.

Hal-hazırda Cümə məscidi nəzdində mədrəsə olaraq fəaliyyət göstərir.

Son xəbərlər