Bakı şəhərinin Şəhidlər Xiyabanında yerləşən məscidin bünövrəsi 1993-1996-cı illərdə qoyulub. Bu müqəddəs ocaq Türkiyə Diyanət Vəqfinin "Gintaş" Anonim Şirkəti tərəfindən tikilib. Məscidin lövhəsində bu sözlər yazılıb: "Bu məscid Azərbaycan torpaqlarının müdafiəsində şəhid olub, bu ətrafda yatan qəhrəman əsgərlərin əziz xatirəsini yaşatmaq üçün türk xalqı adından Türkiyə Diyanət Vəqfi tərəfindən tikilib. Şəhidlər məscidi Anadolu türklərinin Azərbaycanlı qardaşlarına bir hədiyyəsidir". Məscidin öz hündürlüyü 15, minarəsinin hündürlüyü 30 metrdir. Burada bütün dini mərasimlərin keçirilməsi üçün lazımi şərait var.Məscid Osmanlı memarlıq üslubunda inşa olunub. Baş günbəzində "ixlas" surəsi yazılıb. Məscidin mehrabının üstündə və digər yerlərində yazılar həkk olunub