Facebook Pixel Code
GoMap XƏRITƏ
Salyan şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Təbriz Xəlilbəyli, Salyan, AZ5200
Avtobus

Məscid Salyan şahərinin mərkəzindədir. Əsas giriş qapısının sol tərəfində divara vurulmuş dəmir lövhədə "1865. Məscidi usta Kərbəlayı Əli Əkbər Hacı Mehdinin oğlu Ağa Hüseynin adına tikmişdir." sözləri yazılıb
Divarları daş plitələrlə üzlənmiş bu məscidin həyətyanı sahəsi 21x20 metr, iç sahəsi isə 21x12 metrdir. Bu məscid vaxtilə 18 günbəzə malik olduğu halda, indi 15 günbəz qalmışdır. Yerli camaatın bildirdiyinə görə, həmin 3 günbəz 1930-cu ildə sökülmüşdür. Məscidin günbəzləri 10 ədəd daş sütun üstündə dayanıb. Sütunlar isə sal daşlardandır.
Giriş qapısının yan tərəflərində 2 daş kitabə, habelə giriş qapısından içəridə daha bir daş kitabə həkk olunub. Məscidin iç divarları qırmızı kərpiclə işlənib. Salyan Cümə məscidi əsasən olduğu kimi saxlanılsa da, vaxtilə tikilmiş minarəsi sökülmüşdür. İndiki minarənin hündürlüyü isə 8 metrdir. Minbəri taxtadandır və beşpilləlidir. Mehrabının kənarlarında ərəbcə kitabələr həkk edilib. Salyan Cümə məscidinin ustası Kərbəlayı Əli Əkbər Hindistanda, eləcə də Ərdəbildə də məscid tikmişdir. O, əslən ərdəbillidir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər