Facebook Pixel Code
GoMap XƏRITƏ
Hacı Yədulla məscidi
Baxış sayı:
  • Ünvan:
    Yengibar Şirəliyev, Hacıqabul, AZ2400
Avtobus

Məscid Hacıqabul rayonunun mərkəzində - Qazıməmməd şəhərində yerləşib. İbadət zalı iki hissədən - kişilər və qadınlar şöbəsindən ibarətdir. Kişilər şöbəsinin sahəsi 17x13 metr, qadınlar şöbəsinin sahəsi 17x5 metrdir. Məscidin yerdən tavana qədər hündürlüyü 4 metr, yerdən günbəzədək hündürlüyü isə 6 metrdir. Qazıməmməd şəhər məscidi əsasən mişar daşı və betonla işlənmişdir. Beş günbəzə malikdir. İkisinin diametri 7 metr, qalanlarının diametri 3 metrdir. Məscidin həyətində qoşa minarə üçün bünövrə qoyulub. Məscid 1993-cü ildən etibarən yerli sakin Seyidəli Mirfəttah oğlunun şəxsi vəsaiti ilə tikilmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər