Facebook Pixel Code
GoMap XƏRITƏ
Dağ Kəsəmən kənd Eyyub Ağa məscidi
Baxış sayı:
  • Ünvan:
    Ağstafa, AZ0515
  • Telefon:
    (+994 70) 308-86-96 (Hüseynov Hüseyn Hidayət)
Avtobus

Məscid Ağstafa rayonunun Dağ Kəsəmənli kəndində inşa olunub. Yerli sakinlərin məlumatına görə, məscidin inşa tarixi XIX əsrin əvvəllərinə aiddir. Həyətyanı sahəsi 250 kv.metr, iç sahəsi 12x12 metrdir.

Dağ Kəsəmənli kəndi Eyyub Ağa məscidi yerli sakin Əyyub ağa tərəfindən tikdirilmişdir. Onun övladı olmadığından yadigar olaraq məscidi qoyub getmişdir. Məscid binası öz ilkin variantını qoruyub saxlamışdır. Divarları başdan-başa bişmiş kərpiclə hörülmüşdür. Minarələri də bişmiş kərpicdən olub, hündürlüyü 14 metrdir. Məscidin divarlarının qalınlığı 1 metrdir. İç divarları qum - sement məhlulu ilə suvanmış və əhənglə ağardılmışdır. Məscidin yerdən günbəzə qədər hündürlüyü 12 metrdir. Günbəz dörd tağ üzərində dayanmışdır. Mehrabının hündürlüyü 3,5 metrdir, tağvari formadadır. Döşəməsi bişmiş kərpiclə işlənmişdir. Məscidin bir giriş qapısı və altı pəncərəsi vardır. Günbəzin diametri 7 metrdir. Günbəzin fasad tərəfi bişmiş kərpiclə işlənmişdir. Məscidin giriş qapısının sağ tərəfində Əyyub ağanın qəbri yerləşmişdir.

Sovetlər dövründə məscid taxıl anbarı kimi istifadə edilmişdir. 1989-1990-cı illərdə yerli sakinlərin təşəbbüsü sayəsində məscidin fəaliyyəti bərpa edilmişdir. 1990-cı ildə məsciddə Ağstafa rayonunun yerli tikinti idarələri tərəfindən bərpa işləri aparılmışdır.

Qeyd edək ki, Dağ Kəsəmənli kəndi Eyyub ağa məscidinin divarına həkk olunmuş kitabəyə əsasən bu məscid hicri-qəməri təqvimi ilə 1326-cı ildə Hacı Tağı Kərbəlayı Hüseyn tərəfindən tikdirilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər