Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    İntiqam Dadaşov, Abşeron, AZ0111
Avtobus

Abşeron rayonunun Güzdək qəsəbəsində yertəşən bu məscidin inşa tarixi h.q.təqvimi ilə 1287-ci ilə aiddir (XIX əsr). Həyətyanı sahəsi 290 kv.metr, iç sahəsi isə 16x5 metrdir.

Güzdək qəsəbə məscidinin divarları yonulmuş daşlardan hörülüb. Divarların qalınlığı 1 metrdir. Döşəməsindən tavanınadək hündürlüyü 5 metr, günbəzədək hündürlüyü isə 8,5 metrdir. Günbəzdə üç pəncərə qoyulub. Tavan dörd tağ üzərində dayanıb. Tağlar günbəzdə bir-biri ilə qovuşub. Mehrab sadədir və hündürlüyü 2 metrdir.

Güzdək qəsəbə məscidi öz tarixiliyi baxımından abidə hesab edilir. Sovetlər dövründə anbar və klub kimi istifadə olunub. 1990-cı ildən fəaliyyəti bərpa edilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər