Facebook Pixel Code
GoMap XƏRITƏ
Mehdiabad qəsəbə məscidi
Baxış sayı:
  • Ünvan:
    20 Yanvar, Abşeron, AZ0118
Avtobus

Məscid (Mehdiabad) - Cümə məscidi Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşir. Qəsəbənin mərkəzində olan bu məscidin tikintisinə 1994-cü ildə başlanıb. Türkiyənin Diyanət Vəqfi tərəfindən inşa olunan məscidin tikintisi artıq başa çatdırılıb və məscid yerli möminlərin ixtiyarına verilib. Son dərəcə füsunkar və geniş bir ərazidə yerləşən bu məscidin ətrafı yaşıllıqlara bürünüb. Məscidin tikintisində əsas etibarilə betondan və üzlük daş plitələrdən istifadə olunub. Osmanlı memarlıq üslubunda tikilən bu məscid böyük minarəyə, eləcə də günbəzlərə malikdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər