Facebook Pixel Code
GoMap XƏRITƏ
Quba şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Fətəli xan, Quba, AZ4000
  • Telefon:
    (+994 50) 591-10-49 (Seyidov Ənvər Həmid)
Avtobus

Zəngin memarlıq üslubuna malik olan ən qədim məscidlərdən biri olan “Cümə” məscidi 1802-ci ildə Qazi Nəsrullah əfəndinin oğlu Qazi İsmayıl əfəndinin maddi yardımı ilə tikilmişdir. Binanın tikilisi müəyyən fasilələrlə 10 ilə başa çatdırılmışdır. Bu məscid təkcə Qubada deyil, şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biri olmuşdur. Məscid və onun nəzdində olan mədrəsə 1924-cü ilədək fəaliyyət göstərmiş, qırmızı imperiya dövründə onun fəaliyyəti qadağan edilmişdir. 1933-cü ildə mədrəsə, minarəm sonralar isə digər tikililər dağıdılmışdır. Azərbaycan müstəqillik yoluna qədəm qoyduqdan sonra məscid yenidən dindarların istifadəsinə verilmiş və dini qurum kimi ədliyyə nazirliyində qeydiyyatdan keçmişdir. Qısa müddət ərzindən məscidin ətrafına şəbəkəli hasar çəkilmiş, su-konalzasiya xətləri qoşulmuş, dəstəmazxana və mədrəsənin tikintisi də başa çatmişdır və digər abadlıq işləri də görülmüşdür. Türkiyənin dini işlər idarəsi məscidə minbər bağışlamışdır. Həmin təşkilat qubalı dindarların xahişlərini nəzərə alaraq burada hündürlüyü 50 metr olan minarənin tikilişini də öz üzərinə götürmüşdür. Artıq minarənin tikilişi başa çatmışdır.

http://emin92.azersayt.com/blog.html?page=comments&member=emin92&newsid=280214

Son xəbərlər