Facebook Pixel Code
GoMap XƏRITƏ
Masazır kənd Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Şıxəli Qurbanov, Abşeron, AZ0116
  • Telefon:
    (+994 50) 374-14-57
Avtobus

Məscid Abşeron rayonunun Masazır kəndində yerləşib. 1988-ci ildə inşa olunub. İç sahəsi 27x5 metr, ümumi həyətyanı sahəsi 27x25 metrdir.

Divarları mişar daşından hörülüb və qalınlığı 70-80 sm-dir. Döşəmə kərpiclə işlənib. Məscidin yerdən tavanadək hündürlüyü 5,5 metrdir. Günbəzin həm hündürlüyü, həm diametri 5 metrdir. Günbəzdə 6 dəmir pəncərə qoyulub.

Masazır kənd Cümə məscidi iki mərtəbədən ibarətdir. ikinci mərtəbə eyvan şəkillidir və qadınlar üçün nəzərdə tutulub. Məscidin həyəti asfaltla örtülüb.

Vaxtilə burada mövcud olan məscidin tarixi h.q.təqvimi ilə 1112-ci ilə aid olub. Məscid bərbad vəziyyətdə olduğundan onu söküb hazırkı məscidi tikiblər.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər