Facebook Pixel Code
GoMap XƏRITƏ
Sаrаy kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Vəli Axundov, Abşeron, AZ0121
  • Telefon:
    (+994 55) 798-72-57 - Qədirov Rauf Abdulkərim
Avtobus

Saray məscidi - Abşeron rayonunun Saray qəsəbəsindəki bu məscidin bünövrəsi 1993-cü ildə qoyulub. İç sahəsi 23x17 metrdir. Saray mescidi mişar daşından inşa olunub və forma etibarilə düzbucaqlı şəklindədir. Məscidin yerdən tavanadək hündürlüyü 7 metr, yerdən günbəzədək hündürlüyü 17 metrdir. Günbəz dəmir təbəqə ilə örtülüb və onda səkkiz pəncərə qoyulub. Tavan səkkiz sütun üzərində dayanıb. Döşəməsi metlax, tavanı isə taxta ilə işlənib. Məscidin etrafı asfaltla döşənib. Qadınlar şöbəsi məscidin ikinci mərtəbəsində yerləşib. Buranın sahəsi 17x7 metrdir. Şöbəyə məscidin arxa tərəfindən giriş qapısı qoyulub.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər