Facebook Pixel Code
GoMap XƏRITƏ
Cümə məscidi və minarə
Baxış sayı:
  • Ünvan:
    Asəf Zeynallı, Bakı, Səbail, AZ1000
  • Telefon:
    (+994 50) 215-41-15 (Məmmədov Mirhəmid Ağa)
Avtobus

Cümə məscidi (Bakı) - Məscid İçərişəhər, Asəf Zeynallı (hazırkı Xalça muzeyi) küçəsində inşa olunub. Bakı Cümə məscidi qalanın içərisindədir. Dördsətirli qabarıq kitabə minarənin bünövrəsində qoyulmuş əhəngdaşının üzərinə həkk olunub. Kitabə kufi xətti ilə yazılıb. Buradakı bəzi hərflərin sonu yuxarı qalxır və palmatta ilə tamamlanır. Başqa hərflərə isə nəbati ornamentlər əlavə edilib. Kitabə qismən zədələnib və tarixi yoxdur. Kitabəni XII əsrə aid etmək olar. Bakının içərişəhərində qədimdən mövcud olan bu məscid h.q. 1024 (1615)-ci ildə təmir olunub. XIX əsrədək saxlanmış bu məscid, bir qayda olaraq, düzbucaqlı formaya malik olan yerli məscidlərdən fərqlənərək, orijinal formaya və mürəkkəb plana malikdir. Cənubi Azərbaycanın dini abidələrinə xas olan cəhətlər burada özünü göstərir. Xüsusilə Cümə məscidinin fasad hissəsinin konstruktiv həlli daha böyük maraq doğurur. Belə ki, burada mərkəzi sahə çadıra oxşar günbəzlə örtülüb. Məscidin fasadı minalanmış yastı daşlarla üzlənib. Məscidin yaxınlığında bu günədək gəlib çıxmış minarə ucaldılıb. Bu minarə nəinki XIV əsrin görkəmli abidəsi kimi böyük maraq doğurur, habalə Sınıq qala minarəsindən fərqli olaraq, XI əsrdən XIV əsrədək Şirvan memarlığında baş verən dəyişiklikləri aşkar etmək üçün qiymətli material rolu oynayır. Sınıq qala minarəsindən fərqli olaraq bu minarə daha zərif, daha incədir və bu minarədə demək olar ki, müdafiə qülləsi olan Sınıq qalaya məxsus əlamətlər yoxa çıxmışdır. Buna baxmayaraq onlar arasında müəyyən oxşar cəhətlər də var. Belə ki, minarənin şərəfəsinin alt hissəsində daş üzərində kitabə həkk edilib. Həmçinin, minarədən şərəfəyə keçid hissə də üçqat stalaktitlə həyata keçirilir. Şərəfənin kənarları isə həndəsi fiqurla işlənib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər