Facebook Pixel Code
GoMap XƏRITƏ
Şüvəlan qəsəbə Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    49-cu Şüvəlan, Bakı, Xəzər, AZ1044
Avtobus

Cümə məscidi - Məscid Bakının Şüvəlan qəsəbəsində inşa olunub. Əsas ibadət zalı 10x10 metr, qadınlar şöbəsinin sahəsi 4x10 metrdir. Məscid düzbucaqlı formaya malikdir. Yerdən tavanadək hündürlüyü 5 metrdir. Günbəzin hündürlüyü 3 metr, diametri isə 4 metrdir. Günbəzdə üç pəncərə qoyulub. Məscid iki hissəyə - kişilər və qadınlar şöbəsinə bölünüb. Kişilər şöbəsində on iki tağ, qadınlar şöbəsində isə iki tağ var. Tağlar günbəzdə bir-birinə qovuşub. Məscidin interyeri çox sadədir və heç bir kitabə və yazısı yoxdur. Məscidin giriş qapısının üstündə "Allah, Məhəmməd, Əli, Fatimə, Həsən, Hüseyn", eləcə də "Bəyverdi ibn Yəqub oğlu, 1310-cu il" yazılıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər