Facebook Pixel Code
GoMap XƏRITƏ
Oğuz şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Dədə Qorqud, Oğuz, AZ4800
  • Telefon:
    (+994 50) 345-10-27 (Cəlilov Şövkət Həmid)
Avtobus

Məscid Oğuz şəhərində yerləşib. İnşa tarixi 1990 - 1995-ci illərə aiddir. Həyətyanı sahəsi 4000 kv.metr, iç sahəsi isə 16x10 metrdir.
Məscid mişar daşı və bişmiş kərpiclə inşa edilib. Məscid binası formaca dördbucaqlıdır. Damı ağ dəmir təbəqə ilə örtülüb. Minarəsi Osmanlı memarlıq üslubunda tikilib. Hündürlüyü 23 metrdir. Minarəni tikən usta Şahiddir. Döşəmədən tavana qədər olan hündürlük 6 metrdir. Döşəmə və tavan taxtadandır. İbadət zalında 14 pəncərə qoyulub. Pəncərələr tağvari formadadır və taxtadan düzəldilib. Bir əsas giriş qapısı var. Giriş qapısının qarşı tərəfində açıqşəkilli eyvan yerləşib. Bundan əlavə, məscidin yan tərəfində köməkçi otaqlar inşa edilib. Məscidin günbəzi və minbəri yoxdur.
Məsciddə tikinti işləri 1990-cı ildən başlansa da, maddi imkan olmadığından 1993-cü ilə qədər dayandırılıb. 1993-95-ci illərdə tikintini Türkiyənin Gənclərə Yardım Fondu davam etdirmiş və başa çatdırmışdır. Məscidin ustaları usta Məcnun Aslanov və Elman Nuriyevdir. Məscid 1996-cı ildə qeydiyyatdan keçmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər