Facebook Pixel Code
GoMap XƏRITƏ
Siyəzən şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Məcnun Zəkiyev, Siyəzən, AZ5300
  • Telefon:
    (+994 2330) 4-07-98
Avtobus

Siyəzən rayonunun mərkəzindədir. İnşa tarixi 1990-1994-cü illərə aiddir. Bu məscid Siyəzən rayon sakini Böyükağa Ağasəlimin təşəbbüsü və camaatın vəsaiti hesabına tikilib. Bununla bərabər rayonda fəaliyyət göstərən ayrı-ayrı təşkilatlar da məscidin tikintisinə yaxından köməklik göstərib. Həyətyanı sahəsi 600 kv.metr, iç sahəsi 19,5x13 metrdir. Məscid forma etibarilə düzbucaqlıdır. Divarları mişar daşından hörülüb. Pəncərələrin kənarı fasad tərəfdən bişmiş kərpiclə işlənib. Damı dəmir təbəqə ilə örtülüb. Mehrab sadə formada olub, hündürlüyü 2 metr. 30 sm-dir. Minbəri daşdandır və altıpilləlidir. Günbəzin diametri 6 metr olub, səkkizguşəlidir. Günbəzdə səkkiz tağvari pəncərə qoyulub. Yerdən tavanadək hündürlüyü 6 metr, yerdən günbəzədək isə 8,5 metrdir. Məscidin minarəsi yoxdur. Məscidin bir əsas giriş qapısı var. Əsas ibadət zalının aşağı və yuxarı hissəsində 16 pəncərə qoyulub. Pəncərələrin kənarları müxtəlif nəbati ornamentlərlə işlənib. Məscidin giriş qapısından içəridə - ikinci mərtəbədə qadınlar şöbəsi yerləşib. Həyətyanı sahəsi asfaltla döşənib. 1994-cü ildə məscid istifadəyə verilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər