Facebook Pixel Code
GoMap XƏRITƏ
Xan məscidi
Baxış sayı:
  • Ünvan:
    Səidə İmanzadə, Şəki, AZ5503
Avtobus

Xan məscidi (Şəki) - Məscid Şəki şəhərinin Bazarbaşı məhəlləsində yerləşib. Miladi təqvimlə 1745-1750-ci illərdə inşa edilmişdir. Həyətyanı sahəsi 1600 kv.metrdir. Şəki şəhər Xan məscidi formaca düzbucaqlı olub, əsas binası və minarəsi başdan-başa bişmiş kərpiclə tikilmişdir. Memarlığı baxımından yerli üslubda olan bu məscidin üç giriş qapısı vardır və giriş qapısının ön tərəfində eyvan yerləşmişdir. Eyvan yeddi tağdan ibarətdir. Məscidin dam örtüyü ağ dəmir təbəqə ilə işlənmişdir. Həyətyanı sahəsi daş hasara alınmışdır və yaşıllıqlar içərisindədir. Minarəsi dəyirmidir, hündürlüyü 20 metrdir. Məscidin arxa tərəfində - həyətdə 9 böyük başdaşı qoyulmuşdur ki, bunlarda Şəki xanlarının qəbirləridir. Məsciddən sovetlər dövründə anbar kimi istifadə edilmişdir. 1978-ci ildən 1994-cü ilədək Ziyalılar evi olmuşdur. 1994-cü ildə yerli məhəllə əhalisi tərəfindən təmir və bərpa edilmişdir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər