Facebook Pixel Code
GoMap XƏRITƏ
Şirvanşahlar Sarayının məscidi
Baxış sayı:
  • Ünvan:
    Qəsr, döngə 1, Bakı, Səbail, AZ1000
  • Telefon:
    (+994 12) 492-38-93, (+994 12) 492-83-04
  • Faks:
    (+994 12) 437-12-46
Avtobus

Şirvanşahlar sarayının məscidi - Saray məscidi Şirvanşahlar kompleksinin aşağı həyətində yerləşir. Onun iki, azca sivri günbəzlə tamamlanan prizmativ həcmlərinin lakonikliyi binanın şimal - şərq küncündə ucalan minarənin düz qaməti ilə nəzərə çarpır. Məsciddə iki ibadət zalı vardır, böyük ölçülərdə olan kişilər üçün, kiçik ölçülərdə olan isə qadınlardan ötrü nəzərdə tutulub. Burada eləcə də bir neçə kiçik xidməti otaq vardır. Məscidin düzbucaqlı planındakı otaqların içərisində qadınlar üçun olan ibadət zalı özünün kiçik çıxıntısı ilə seçilir. Məscidin üç girişi vardır. Şimal tərəfdəki əsas giriş portalla işlənib. Portalın hər iki tərəfində ayaqqabılar üçün nəzərdə tutulmuş oyuqlar vardır. Şərqdən, orta həyət tərəfdən məscidə daha sadə portalı olan ikinci giriş vardır. Qərbdəki giriş keçidi heç nə ilə fərqlənmir. Məscidin mərkəzi zalının yuxarı künclərinə dar boğazları içəriyə - zala doğru yönəldilmiş böyük gil küplər hörulüb. Bu, bir tərəfdən əla rezonans - əks-səda yaradır, digər tərəfdən isə binaya möhkəmlik verən antiseysmik konstruktiv - inşaat üsuludur. Məscidin mərkəzi zalının cənub divarında sadə bəzədilmiş mehrab yerləşir. Onun dərin olmayan oyuğu çatma yarımgünbəzlə örtülüb. Məscid minarəsinin stalaktit kəmərinin altındakı yazıda deyilir: "Böyük və qüdrətli Allaha həmd, elçisi Məhəmmədə dualarımız olsun. Bu minarənin açılmasını qüdrətli sultan Xəlilullah əmr etdi. Allah onun hakimiyyət və şahlıq günlərini göylərə ucaltsın. 845-ci il (1441-1442)".

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər