Facebook Pixel Code
GoMap XƏRITƏ
Gülablı kənd məscidi
Baxış sayı:
  • Ünvan:
    Ağdam, AZ0224
Avtobus

Gülablı məscidi – Ağdamın Gülablı kəndindəki hamamdan azacıq aralıda olan “güney” adlı təbii daşla tikilmiş bir məscid binası da bura gələnlərin diqqətini cəlb edir. Ümumi xarici görünüşü ilə yerli yaşayış binalarından bir o qədər də fərqlənməyən bu məscid öz memarlıq həlli ilə memar Səfixanın yaradıcılıq irsindən xəbər verir. Bu məscid həm memarın əvvəllər tikdiyi minarəsiz məscidlərlə (plan və daxili konstruksiya baxımından) bir oxşarlıq da təşkil edir. Xüsusilə qeyd edək ki, məscid üzərində aparılmış hərtərəfli müşahidələr və analizlərdən tam əmin olmaq olar ki, binanı bir memar – Kərbalayi Səfixan Qarabaği tikdirmişdir. Məscidin daxili konstruksiyası və xarici memarlığı xüsusilə, Şuşanın məhəllə məscidlərinə daha çox yaxındır. Kompakt həll olunmuş bu məscidin dam örtüyü yerli yaşayış binalarında olduğu kimi dördyamaclıdır.

Rızvan Qarabağlı Memar Kərbalayi Səfixan Qarabaği

Son xəbərlər