Facebook Pixel Code
GoMap XƏRITƏ
Cümə məscidi (Tala kənd məscidi)
Baxış sayı:
  • Ünvan:
    Tala, Zaqatala, AZ6212
Avtobus

Məscid Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşib. İnşa tarixi 1901-1911-ci illərə aiddir. Həyətyanı sahəsi 5 min kv.metr, iç sahəsi 32,5x45 metrdir.Məscid formaca dördbucaqlı olub, çaylaq daşı və bişmiş kərpiclə inşa edilib. Məscidin döşəməsi gil və kirəcdən, tavanı isə taxtadandır. Düzbucaqlı formada olan tavan 24 sütun üstündə dayanıb. Sütunlar bişmiş kərpicdən tikilib və 8 guşəyə malikdir. İbadət zalı 30 tağdan ibarətdir. Minbər taxtadandır və 5 pilləlidir. Minbər üzərində onun düzəldilmə tarixi və ustanın adı qeyd olunub. Minbərin, habelə mehrabın üstündə ərəb əlifbası ilə yazılar vardır. Məscidin hündürlüyü 8 metrdir. Damın örtüyü ağ dəmir təbəqədəndir. Günbəzi fasad tərəfdən olub, hündürlüyü 3 metrdir. Məscidin damı məşhur xeyriyyəçi Hacı Zeynalabdın Tağıyevin hədiyyə etdiyi 2000 ədəd dəmir təbəqə ilə örtülmüşdür. Yaşıllıqlar içərisində olan həyətyanı sahə daş hasara alınıb.

İbadət zalının uzunluğu 40 m, eni isə 30 metr olub, sahəsi 1200 kvadratmetrdir. Zalın daxilində dörd cərgə uzununa 24 ədəd sütun dirək vardır. Bu sütunlar tağlar vasitəsilə bir-birinə möhkəm bağlanmışdır. Divarının qalınlığı 90 sm-dir. Bütün divar boyu alt-üst iki cərgə pəncərə düzülmüşdür. Binanın cəmi 42 pəncərəsi olub, yuxarı başları yarımdairəvi arko şəklindədir. Binanın tikintisində daha çox bişmiş qırmızı kərpicdən istifadə edilmişdir. Binanın qiblədən başqa hər üç tərəfi nəhəng arko sütunları olan eyvanla əhatə olunmuşdur. Eyvan boyu cəmi 20 ədəd sütun dirək vardır. Ibadət zalına daxil olmaq üçün, binanın 3 əzəmətli qapısı vardır ki, bu qapılar ağac materialından yüksək sənətkarlıqla hazırlanmışdır.

Bu məscid keçmiş SSRİ ərazisində iç sahəsinə görə ən böyük məscid hesab olunur. Məscid yerli sakin və vaxtilə bütün Qafqazda, Orta Asiyada, habelə Türkiyədə tanınmış Şeyx Əhməd Mustafa oğlu tərəfindən tikdirilmişdir. İnşaat işləri yerli camaatın vəsaiti hesabına həyata keçirilmişdir.Məscid eynən tikildiyi kimi qalmışdır. O, 1929-cu ildə bağlanmış və 1994-cü ildə açılıb. Bu dövr ərzində məscid anbar kimi istifadə edilib. Bundan sonra məscid həmişə fəaliyyətdə olub.

Azərbaycan Respublikası muzeylərinin ensiklopediyası

http://www.irfandergisi.com/13/42.php

Son xəbərlər