Facebook Pixel Code
GoMap XƏRITƏ
İmişli şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Həzi Aslanov, İmişli, AZ3000
  • Telefon:
    (+994 50) 223-32-12
Avtobus

Məscid İmişli şəhərinin mərkəzində yerləşib. Məscid binası 1991-1994-cü illərdə tikilib. Bünövrəsi isə 1987-ci ildə rayonun icra başçısı Hacı Xanhüseyn tərəfindən qoyulub. Həyətyanı sahəsi 3000 m2 olub, başdan - başa daş plitələrlə döşənmişdir. Məscid həmçinin, daş hasara alınıb. Əsas ibadət zalının sahəsi isə 15x15 metrdir. Əsas ibadət zalının sağ və sol tərəflərində daha iki ibadət zalı var. Onların sahələri isə 6x28 metrə bərabərdir. Məscid özünəməxsus memarlığı ilə səciyyələnir və nəfis formada işlənib. Onun mişar daşından tikilmiş qoşa minarəsi məscidin əzəmətini daha da artırır. Minarələrin qüllə hissəsi də daşla işlənmiş və üstündə aypara və səkkizguşəli ulduz rəmzi qoyulub. Minarələr daş plitələrlə üzlənmiş və aşağı hissəsi düzbucaqlı, yuxarı hissəsi isə dəyirmi formadadır. Minarələr həmçinin, tək şərəfəyə malikdir və şərəfələr daşla işlənib. Şərəfələrin aşağı hissəsi də üçqat stalaktitlərlə işlənib. Minarələrin hündürlüyü isə 27 metrdir. Əsas giriş qapısı nəfis şəkildə işlənib və dərhal nəzər-diqqəti cəlb edir. Məscidin günbəzinin diametri 15 metrdir və onu 16 ədəd tağvari pəncərə bəzəyir. Minbəri taxtadandır və altıpilləlidir. Məscidin divarlarının qalınlığı isə 1 metrdir. Məscid binasının döşəmə və tavanı betonla işlənib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər