Facebook Pixel Code
GoMap XƏRITƏ
Balakən şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Məmməd Əsədov, Balakən, AZ0800
  • Telefon:
    (+994 50) 636-75-20 - Poladov Elşən Nizaməddin
Avtobus

Cümə məscidi Balakən şəhərində tikilib. Hicri - qəməri təqvimi ilə 1292-ci ildə inşa edilib (XIX əsr). Həyətyanı sahəsi 3000 kv.metr, iç sahəsi isə 40x23 metrdir. Məscid binası çaylaq daşı ilə, minarəsi isə bişmiş kərpiclə inşa edilmişdir. Minarəsi səkkizguşəli olub, nəbati ornamentlərlə işlənmişdir. Onun hündürlüyü 44 metrdir. Məscidin həyətyanı sahəsi yaşıllıqlar içərisindədir və bişmiş kərpicdən hörülmüş hasara alınmışdır. Məscidin döşəmədən tavana qədər hündürlüyü 8 metrdir. Giriş qapılarının ön tərəfində eyvan yerləşmişdir. Eyvan (sahəsi 40x3 metr) altı sütundan və yeddi tağdan ibarətdir. Məscidin ibadət zalında 12 sütun və 26 tağ vardır. Sütunlar bişmiş kərpicdəndir. Məscidin üç giriş qapısı vardır. ibadət zalında 16 pəncərə qoyulmuşdur. Məscidin giriş qapılarının üstündə kitabələr həkk olunmuşdur. Balakən şəhər Cümə məscidinin minbəri taxtadandır, nəfis şəkildə işlənmişdir. Mehrabın da işlənməsi yüksək səviyyədədir.

Sovet dövründə 1947-ci ilədək məscid anbar kimi istifadə edilmişdir. 1947-ci ildən etibarən məscid fəaliyyətə başlamışdır. 1955-ci ildə, 1980-ci ildə və 1996-cı ildə məsciddə təmir işləri aparılmışdır. Təmir işləri Bakıda yaşayan İlham Kərimovun şəxsi vəsaiti hesabına aparılıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər