Facebook Pixel Code
GoMap XƏRITƏ
Şamaxı şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Seyid Əzim Şirvani, Şamaxı, AZ5600
Avtobus

Qədim Şamaxı şəhəri ərazisində yerləşən bu məscid,Azərbaycan Respublikasının ərazisindəki ən qədim məsciddir. Memarlıq ənənələri və abidələri ilə məşhur olan Şamaxı zonası xüsusilə, Şamaxı şəhəri XIX əsrin ikinci yarısından başlayaraq təkrar baş vermiş zəlzələdən sonra çətin dövrünü yaşamağa başlamışdı. Demək olar ki, elə bu vaxtlar, yəni Azərbaycanda mədəniyyət və incəsənətin çiçəkləndiyi dövrlərdə (XII-XIII əsrlər) Şamaxı Cümə məscidinin konstruksiya və memarlıq qaydalarına toxunmadan onun plan strukturunda bərpa və tamamlama işləri aparılmışdır. Aleksandroviç yazır ki, təəssüf, yanğın zamanı (1918-ci il ermənilərin məscidi yandırmaları) məscidin ilk inşa olunma tarixini göstərən daş da tamamilə sıradan çıxdığı üçün onun haqqında dəqiq məlumat verə bilmirik. Ona görə də Şamaxıda əldə etdiyimiz qiymətli məlumatlar Cümə məscidinin tarixi üzərinə də müəyyən işıq salır. Zəlzələdən sonra yaradılmış xüsusi komissiya şəhərin belə çox dağıntıya məruz qalma səbəblərini araşdırdı.Elə o zaman Tiflisdən gəlmiş geoloq Şahqulu Qacar ərəb yazılarına əsasən Cümə məscidinin əsasını müsəlman tarixi ilə 126-cı illə bağlamışdı. (Marçenkonun dağılmış Şamaxı şəhəri haqqındakı məruzəsinin mətni, 26.04.1902-ci il iclasında Peterburqda A.İ.Nosaleviçin çıxışı. Mülki mühəndis xəbərləri. S.P.b,1902,e 2 mart-aprel, s.62). Beləliklə, demək olar ki, Şamaxı Cümə məscidi 743-cü ildə tikilmişdir və təkcə Cənubi Qafqazda deyil, həm də Yaxın Şərqdə, Dərbənddə inşa edilmiş məsciddən sonra (733-734) ən qədim məsciddir. General-leytenant Yermolovun knyaz Mədətova yazdığı məktubdan göründüyü kimi, Şamaxının ümumi plan həllində mühüm tarixi rol oynayan Cümə məscidi Qafqazın hakim dairələrinin diqqət mərkəzində olmuşdur. Məktubda yazılır: Təcili olaraq böyük Cümə məscidinə yığılan ərzağın başqa otağa köçürülməsinə göstəriş verilsin və məscidin təmiri üçün lazım olan dəqiq plan çıxarılaraq mənə göndərilməsi mülkü mühəndis zabitinə tapşırılsın. Qədim məscidin planı əldə olunmamışdır. Lakin rus knyazı rəssam Q.Qaqarin Azərbaycanın bir çox memarlıq abidələri kimi 1847-ci ildə Cümə məscidinin də şəklini çəkmişdi. Q.Qaqarinin naturadan çəkdiyi şəkildə zəlzələdən sonra və eləcə də digər səbəblərdən Cümə məscidi üzərində aparılmış bərpa, yenidənqurma və bəzi bəzək elementlərinin dəyişdirilməsi ilə yanaşı hələ də onun qədim görünüşü bütün aydınlığı ilə özünü büruzə verir. Ona görə də Cümə məscidi miqyası və monumentallığı ilə islamın qədim, iri həcmli dini tikililəri haqqında ümumi təsəvvür yaradır. Məscidin mərkəzi simmetrik kompozisiyasını konusvari tamamlayan günbəz xüsusi nəzərə çarpır. Daxili fəza həllinin 3 hissədən ibarət olmasını fasadda əks etdirən mərkəzi böyük və ona tabe edilən balaca yan günbəzlər ümumi hissənin rəngarəngliyini daha da canlandırır. Məscidin ümumi memarlığını daha da dinamik göstərmək üçün onun günbəzi üfüqi istiqamətlənmiş gövdəsinin əksinə qoyulur. 1859-cu ildə baş vermiş güclü zəlzələ nəticəsində inzibati-ticarət mərkəzi olan Şamaxı adi əyalət şəhərlərindən birinə çevrildi. Lakin şəhər və quberniya memarı Qasımbəy Hacıbababəyovun (1811-1877) düzgün layihələndirməsi əsasında Şamaxının əvvəlki məhəlli planı zəlzələdən sonra bərpa olunub saxlanıldı. Bununla yanaşı onun layihələri ilə şəhərin plan strukturuna uyğun olaraq bir çox dini, yaşayış, ticarət və sair təyinatlı tikililər inşa olundu. Şamaxının şəhər teatrı (1858), hamam, Cümə məscidinin qonşuluğunda (1877) inşa olunmuş 2 minarəli məscid və sair bu qəbildən olan tikililərdir. Cümə məscidində əsaslı bərpa işləri məhz 1859-cu il zəlzələsindən sonra aparılmışdır. Q.Hacıbababəyovun Cümə məscidi kompleksinin bərpa olunmasında bilavasitə iştirak etməsi barədə dəqiq məlumat yoxdur. Lakin o zamanlar şəhərin baş memarı kimi fəaliyyət göstərmiş memarın Şamaxı Cümə məscidinin bərpasına bilavasitə rəhbərlik etməsi heç bir şübhə doğurmur. 1902-ci ildə yenidən baş vermiş güclü zəlzələyə qədər Şamaxının Cümə məscidi kompleksi öz əhəmiyyəti və nəhəng görünüşü ilə şəhərin mərkəzi siluetində yenə də ucalırdı. Lakin zəlzələdən şəhərin demək olar ki, bütün yaşayış, dini və mülki tikililəri tamamilə dağılmış, o cümlədən Cümə məscidinə böyük ziyan dəymişdi. Şirvanşahlar paytaxtının şanlı memarlıq tarixini əks etdirən şəhər misilsiz itkilərə məruz qalsa da xarabalar içindən yenidən qalxıb dirçəlirdi. 1903-cü ilin oktyabrında cümə məscidinin ianə yolu ilə bərpa olunması üçün komitə yaradıldı. Komitə qarşısında çox əsrlik Şirvan qüdrətinin simvolu olan yarıuçuq Cümə məscidinin qorunub saxlanması əsas və məsuliyyətli tapşırıq oldu. Komitə Cümə məscidinin layihə işlərini əslən şamaxılı olan mülki mühəndis Zivərbəy Əhmədbəyova həvalə etdi, ona uçulmuş cizgilərini saxlamaqla öz bünövrəsi üzərində məscidin lahiyələndirilməsi tapşırıldı. Tikinti işləri sürətlə aparıldı (Özülün mərkəzi və arxa divarı bərkidilib yan hissələrdə işlər davam olundu) lakin komitə ilə memar arasında əks fikirlər meydana çıxdı və nəticədə Zivərbəy Əhmədbəyov tikintini tərk etdi. Komitə məscidin layihə işlərinin davam olunmasını mülkü mühəndis İ.K.Ploşkoya təklif etdi. Ploşko öz variantını təklif etməklə yanaşı həm də Z.Əhmədbəyovun memarlıq variantını saxladı. 1909-cu ildə İ.K.Ploşkonun komitəyə təqdim etdiyi layihədə İslam memarlığının, dini tikililər obrazının şərhi ustalıqla təcəssüm etdirilirdi. Bu ciddi və simmetrik xarakterli həlledici kompozisiya statik qurğu deyildi. O çox planlı, rəngarəng, memarlıq dinamikası üzərində inşa olunurdu. Baş fasadın oxvarı taçbəndlərlə sıralanmış üfiqi həcmi üzərində göyə ucalan və sonucu stalaktitli geniş çardaqla qurtaran qamətli minarələr dominantlıq edir. Şaquli minarələr tarım dartılmış məftilə bənzəyir. Bu minarələrin memarlıq motivinin əla siluetindən biz Şirvanşahlar saray kompleksinin əks-sədasını görürük. Məscidin inşası maddi çətinliklər üzündən ləng getsə də, mərkəzi və yan günbəzlərdən başqa, bütün işlər tamamlandı. Məscidin daxili həcm məkanını bəzəyən günbəzaltı metal karkas Varşavada hazırlanmışdı.

http://313news.net/forum/index.php?/topic/2020/page__mode__threaded__pid__30126a

Son xəbərlər