Facebook Pixel Code
GoMap XƏRITƏ
Cəlilabad şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Heydər Əliyev, Cəlilabad, AZ1500
  • Telefon:
    (+994 50) 627-46-43
Avtobus

Cəlilabad şəhər cümə məscidi - Məscid Cəlilabad rayonunun mərkəzindədir. XX əsrin əvvəllərində tikilib. 1988-ci ildə yerli camaatın təşəbbüsü ilə sökülərək yenidən inşa edilmişdir. Həyətyanı sahəsi 1400 kv.metrdir. İç sahəsi 17x36 metrdir. Cəlilabad şəhər Cümə məscidinin bərpasında yerli sakinlər yaxından iştirak etmişlər. Dövlət orqanları da bu işdə köməklik göstərmişdir. Həyətyanı sahəsi mişar daşından tikilmiş hasara alınmışdır. Məscidin binası bişmiş qırmızı kərpiclə işlənmişdir. Giriş qapılarının ön tərəfində sahəsi 4x36 metr olan eyvan yerləşmişdir. Eyvan irandan gətirilmiş kərpiclə işlənmişdir. Tək minarəyə malikdir. Döşəməsi bişmiş kərpicdəndir. Döşəmədən tavana qədər hündürlüyü 5,5 metrdir. Tavan düzbucaqlı formada olub, taxta sütun üzərində dayanıb. Məscidin mehrabı giriş qapısı ilə üzbəüz divarda yerləşmişdir. Mehrab tağvari formadadır və hündürlüyü 3 metrdir. İbadət zalı iki hissədən ibarətdir (qadınlar və kişilər üçün). Qadınlar şöbəsi iki mərtəbəlidir.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər