Facebook Pixel Code
GoMap XƏRITƏ
Məscid
Baxış sayı:
  • Ünvan:
    28 May, Şahbuz, AZ7100
Avtobus

Məscidin bünövrəsi 1994-cü ildə qoyulub. İrandan gətirilmiş bişmiş kərpiclə tikilib. Tikintidə kərpicdən işləmənin ən zərif formalarından istifadə olunmuşdur ki, bu baxımdan məscid gözəl bir abidə hesab oluna bilər.
Əsas ibadət zalı əsasən bir mərtəbədən ibarətdir. Mehrabı əks tərəfdə - yuxarıda, ikinci mərtəbədə yerləşir. Fasad tərəfdən məscidin divarları 0,50 metr hündürlükdə mərmərlə üzlənib. Günbəzi 4 beton sütun üzərində dayanıb. Yerdən günbəzədək hündürlüyü 11,5 metrdir. Məscid qoşa minarəyə malikdir. Minarələr (hündürlüyü 26 metr) də bişmiş kərpicdən tikilib və xüsusi memarlıq üslubuna malikdir. Məscidin çöl tərəfdən iki giriş qapısı var. Qapılardan içəri tərəfdə dəhliz yerləşib. Dəhlizdən məscidin içərisinə daha iki qapı qoyulub. Çöl qapılar dəmirdən, iç qapılar isə taxtadan düzəldilib.
Şahbuz şəhər Cümə məscidinin hər iki tərəfində bişmiş kərpicdən səkkizguşəli ulduz forması işlənib. Bundan başqa, məscid divarlarını tağvari şəkilli 18 ədəd pəncərə bəzəyir.
Şahbuz şəhər Cümə məscidi İran İslam Respublikasının Təbriz şəhərinin ostandarı tərəfindən tikilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər