Məscid Bakının Zabrat kəndində (mərkəzində) inşa olunub. İnşa tarixi dəqiq məlum deyil. İç sahəsi 12x8 metrdir. Məscid yonulmuş sal plitələrdən işlənib. Günbəzi dörd ədəd tağ üzərində dayanıb. Tağların birləşdiyi hissədə-künclərdə dörd ədəd küpdən istifadə olunub. Yerdən tavana qədər hündürlüyü 4 metr, yerdən günbəzədək isə 8 metrdir. Günbəzin diametri də 8 metrdir və onda üç gözlük qoyulub.