Facebook Pixel Code
GoMap XƏRITƏ
Qala qəsəbə Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Sülh, Bakı, Xəzər, AZ1046
Avtobus

Məscid Qala kəndinin Aşağı məhəlləsində tikilib. Hicri-qəməri təqvimi ilə 1329-cu ildə (XX əsrin əvvəli) inşa olunub. Həyətyanı sahəsi 800 kv.metr, ibatdət zalının sahəsi 12x12 metrdir.

Qala kənd Cümə məscidinin giriş qapısının üstündə onun tarixi haqda daş kitabə həkk olunub. Giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sol tərəfində əsas ibadət zalı yerləşib. Yerdən tavanadək hündürlüyü 7 metr, günbəzədək hündürlüyü 12 metrdir. Tavanla günbəz 4 böyük sütun üzərində dayanıb. Sütunlar tağlarla bir-birinə birləşib. Günbəzdə səkkiz pəncərə qoyulub. Əsas ibadət zalında isə 6 pəncərə vardır. Pəncərələrin yuxarı hissəsi dairəvi formadadır. Mehrabın (hündürlüyü 3,5 metrdir) üstündə daş kitabə vardır. Minbər yeddipilləlidir və taxtadan düzəldilib.

Qala kənd Cümə məscidi kişi və qadınlar üçün nəzərdə tutulmuş şöbələrə ayrılıb.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər