Facebook Pixel Code
GoMap XƏRITƏ
Kolanı məscidi
Baxış sayı:
  • Ünvan:
    Şahbuz, AZ7114
Avtobus

Məscid Şahbuz rayonunun Kolanı kəndində tikilib. Bünövrəsi 1991-ci ildə qoyulub. Birinci mərtəbənin ibadət zalının sahəsi 12x13 metr, ikinci mərtəbənin sahəsi isə 9x7 metrdir. Sahibəzzaman məscidi kvadrat tormasında olub, iki mərtəbədən ibarətdir. Birinci mərtəbə kişilər, ikinci mərtəbə qadınlar üçün nəzərdə tutulub. Məscidin binası mişar və çaylaq daşından tikilib. İçərisi gəclə suvanıb. Damı və günbəzi dəmir təbəqə ilə örtülüb. Məscidin üstündə-dörd tərəfində hündürlüyü iki metr olan kiçik minarələr qoyulub. Birinci mərtəbədə iki qapı və 4 pəncərə, ikinci mərtəbədə isə bir qapı və 10 pəncərə qoyulub. Məscidin iç tərəfdən günbəzi, eləcə də mehrabı yoxdur. Minbəri yeddipilləli olub, qırmızı kərpicdəndir. Məscidin giriş qapısının sağ və sol tərəflərində iki ədəd dairəvi minarə ucaldılmışdır. Minarələrin hündürlüyü 12 metrdir. Sahibəzzaman məscidi kənd sakini Əziz Sadıqoğlunun təşəbbüsü və yerli camaatın vəsaiti ilə tikilib. Ustası usta Xeyrulladır.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər