Məscid Ordubad rayonunun Nüsnüs kəndində yerləşib. Sahəsi (10x15) 150 kv.metrdir. Nüsnüs məscidinin fasad hissəsi çiy kərpicdən tikilib. Kvadrat şəklində olan bu məscid 12 sütun üzərində dayanıb. Bu məscid hicri-qəməri təqvimi ilə 245-ci ildə (IX əsrin ortaları) Hacı Osman Nüsnüsi tərəfindən tikilib. 1335-ci ildə burada təmir-bərpa işləri aparılıb. Nüsnüs meydan məscidi iki mərtəbədən ibarətdir. İnteryeri çox sadədir. Məscidin içərisində kitabələr vardır.
Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası