Facebook Pixel Code
GoMap XƏRITƏ
Şəki şəhər Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Dadaş Bünyadzadə, Şəki, AZ5506
Avtobus

Şəki şəhər cümə məscidi - Məscid Şəki şəhərinin mərkəzindədir. İnşa tarixi dəqiq məlum deyil, lakin deyilənlərə görə, məscid XIX əsrin axırlarında inşa edilmişdir. Həyətyanı sahəsi 700 kv.metr, iç sahəsi isə 14x30 metrdir.Şəki şəhər cümə məscidinin divarları çaylaq daşı və bişmiş kərpiclə hörülmüşdür. Minarəsi dəyirmi formadadır, hündürlüyü 24 metrə çatır. Minarənin üstü ağ dəmir tebəqə ilə örtülüb. Üstündə isə dəmir təbəqədən aypara və beşguşəli ulduz rəmzi qoyulmuşdur. Minbəri taxtadan düzəldilmişdir və şəbəkə ilə işlənmişdir. Minbər on pilləlidir. Tavan taxtadan olub, düzbucaqlı formadadır və 4 taxta sütun üzərində dayanmışdır. İbadət zalının 3 ədəd giriş qapısı və 44 pəncərəsi vardır. İbadət zalında 6 böyük çilçıraq qoyulmuşdur. Məscidin iç divarları qum-sement məhlulu ilə suvanmışdır. Mehrabı (hündürlüyü 2 metr olan) nəbati ornamentlərlə işlənmişdir. Məscidin ikinci mərtəbəsində qadınların ibadət zalı (sahəsi 30x3) yerləşir.Sovetlər dövründə, daha doğrusu, 1937-ci ildən 1990-cı ilə qədər bu məsciddən anbar, idman zalı, ipək kombinatı texnikumu kimi istifadə olunmuşdur. 1990-cı ildə məscid erməni-müsəlman davasında yandırılmışdır. 1990-cı ilin axırlarında burada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Bərpa idarəsi tərəfindən təmir-bərpa işləri aparılmışdır. Lakin bu iş çox cüzi olmuşdur. 1993-cü ildən bu günədək Türkiyənin Diyanət Vəqfinin Gənclərə Yardım Fondu tərəfindən məsciddə təmir-bərpa işləri görülür. Bu dövr ərzində məscidin içərisi və fasad tərəfi tamamilə bərpa edilmiş və dam örtüyü ağ dəmir təbəqə ilə işlənmişdir. 1937-ci ildə məscidin minarəsi də dağıdılmışdır. Həmin minarənin hündürlüyü 26 metr olmuşdur. (Yeni ucaldılan minarə isə 24 metrdir). Məscidin nəzdində 1993-cü ildən mədrəsə fəaliyyət göstərir. Mədrəsədə təhsil müddəti 3 ildir. Burada azərbaycanlı müəllimlərlə yanaşı, türkiyəli müəllimlər də dərs deyirlər.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

Son xəbərlər