Facebook Pixel Code
GoMap XƏRITƏ
Bilgəh qəsəbə Cümə məscidi
Baxış sayı:
  • Ünvan:
    Bakı, Sabunçu, AZ1094
  • Telefon:
    (+994 55) 426-58-53 (Rəhimov Rasim Əlikram)
Avtobus

Məscid Bakının Bilgəh kəndindədir. İnşa tarixi hicri-qəməri təqvimi ilə 1310-cu ilə (XIX əsrin sonları) aiddir. Əsas ibadət zalının sahəsi 12x12 metrdir.

Bilgəh kənd məscidi yonulmuş sal daşlardan tikilib. Məscidin əsas giriş qapısından içəridə dəhliz yerləşib. Dəhlizin sağ və sol tərəfində yardımçı otaqlar yerləşib. İbadət zalı iki hissəyə-kişilər və qadınlar şöbəsinə ayrılıb. Qadınlar şöbəsi iki mərtəbəlidir. Hər mərtəbənin sahəsi 36 kv.metrdir. Tavan sütunlar üzərində dayanıb. Sütunlar tağlarla bir- birinə birləşib. Yerdən tavanadək hündürlüyü 7 metr, yerdən günbəzədək isə 10 metrdir. Günbəzdə iki gözlük qoyulub. Məscidin mehrabı üzərində ərəb dilində daş kitabə həkk olunub.

Sovetlər dövründə bağlanaraq anbar kimi istitadə olunub. 1989-cu ildə məscid təmir olunaraq fəaliyyəti bərpa edilib. Təmir-bərpa işləri zamanı məscid üçün eyvan da tikilib.

Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası

 

Son xəbərlər