Facebook Pixel Code
GoMap XƏRITƏ
Saatlı məscidi
Baxış sayı:
  • Ünvan:
    Aslan Qaraşarov, Şuşa, AZ5800
Avtobus

Şuşa şəhərində 1883-cü ildə memar Kərbalayi Səfixan tərəfindən «Saatlı» məhəlləsində tikilmişdir. Tikildiyi məhəllənin adı ilə məşhurlaşan «Saatlı» məscidi öz хarici görünüşü ilə memarın əvvəlki binalarından tamamilə fərqlənir. Baş fasadın bağlı şəkildə həll olunması, əsas girişi qeyri simmetrik və qadınlar üçün girişin ayrıca götürülməsi, arxa fasadın pəncərəsizliyi və ümumi məscidin təkminarəli olması onu digər məscidlərdən fərqləndirən cəhətlərdir. Lakin bununla yanaşı «Saatlı» məscidinin bəzi konstruksiya elementləri əvvəlki məscidlərin memarlıq ənənələrini saхlamışdır. Bu hala əsasən məscidin interyerində rast gəlinir. Kvadrat şəkilli ibadət zalının mərkəzində qoyulmuş dörd ədəd səkkizbucaqlı daş sütun, ikinci mərtəbədə həmin zalın mehrabı ilə üzbəüz olan qadınlar üçün quraşdırılmış şüşəbənd balkon və s. elə bu qəbildəndir. Saatlı məscidinin minarə kürsülüyü ümumi binanın divar səviyyəsinə kimi yerli əhəng daşı ilə hörülmüş, daha sonra isə hörgü bişmiş kərpiclə əvəz olunmuşdur. Bu minarənin silindrik gövdəsi bir neçə relyefli keçid qurşağı ilə hissələrə ayrılır. Həmin hissələrarası məsafələr yuxarıda adları çəkilən məscid minarələrində işlədilmiş “paxlava” və s. həndəsi ornamentlərlə bəzədilmişdir. Yüngül konstruksiyaya malik olan məscidin çardağı bütünlüklə ağac materiallarından quraşdırılmışdır. Çardaq örtüyünün son ucluğunu isə aypara şəkilli fiqur bəzəyir. Həyət tərəfdən girişi olan bu minarə binanın arxa tərəfində ucaldılmışdır. Görünür ki, minarə məscidin binasındanm xeyli sonralar tikilmişdir. Məscidin baş fasadları boyunca qapı və pəncərələrinin hündürlüyü səviyyəsində inşa edilmiş yüngül relyefi üfüqi xətt və həmin xəttin üstündəki ümumi girişdə bir şaquli ox üzərində yerləşən pəncərələr xaricdən binanın ikimərtəbəli görünməsinə işarədir. Həmin pəncərələr arasındakı daş kitabə məscidin memarı Kərbəlayi Səfixan və onun tikilmə tarixi haqqında qiymətli mənbədir. Məscidin ibadət zalındakı günbəz öz hündürlüyü və forma baxımına görə yanlardakından fərqlənir. Memar onun daxili səthi boyunca relyefli xətlərlə qlobus üzərindəki dərəcə toruna bənzər bir mənzərə yaratmışdır. Həmin xətlərin yuxarıdan son kəsişdiyi nöqtələri ilə günbəzin mərkəzi nöqtəsi bir xətlə birləşdirilir. Beləliklə dərəcə toru üzərində yeni bir tor qurulur. Şuşanın məhəllə məscidləri sırasında kompozisiya həllinə və хüsusilə minarəsinin olması ilə ön cərgədə duran «Saatlı» məscidi Kərbəlayi Səfiхanın Qarabağda tikdiyi minarəli məscidlərin sonuncusu hesab olunur. Memarın bu bölgədə sonralar tikdiyi məscidlər minarəsiz olmuş və bəzilərinin yanında minarə çardağını хatırladan «Güldəstə»lər quraşdırılmışdır.

Qarabağlı Rızvan Memar Kərbalayi Səfixan Qarabaği

http://313news.net/forum/index.php?/topic/2020/page__mode__threaded__pid__30126

Son xəbərlər